Professor: Süni intellekt tibbdə böyük dəyişikliklərə yol açacaq
Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Gələcəkdə tibb sahəsində böyük dəyişikliklərin baş verəcəyi gözlənilir və süni intellekt bu proseslərin əsas iştirakçılarından birinə çevriləcək.
Doğru.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Danimarka Krallığının Kopenhagen Universitetinin professoru Məsud Aşina səsləndirib. Onun sözlərinə görə, yaxın gələcəkdə bir çox müalicə üsulları, diaqnostik araşdırmalar və tibbi proseslər süni intellektin imkanları hesabına həyata keçiriləcək.
Professor Məsud Aşina bildirib ki, Azərbaycanda Qafqaz regionunda ilk ürək transplantasiyasının uğurla icra edilməsi mühüm nailiyyətdir və ölkənin tibb sahəsində əldə etdiyi inkişafın göstəricisidir.
“Müasir tibdə əməkdaşlıq çox önəmlidir. Xüsusilə ölkələr və universitetlər arasında əməkdaşlıq vacibdir. Çünki müasir tibb birgə fəaliyyətə söykənir və əməkdaşlıq olmadan irəliləyiş əldə etmək mümkün deyil. Bu baxımdan universitetlər arasında kadr mübadiləsi və təcrübə paylaşımı xüsusi əhəmiyyət daşıyır”, – deyə professor vurğulayıb.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 19 Dekabr 2025 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















