Icma.az
close
up
RU
Professor Tasin Cəmil: Rumıniya hərbi təhlükə ilə üzləşərsə, ilk yardım edəcək ölkə Türkiyə olacaq

Professor Tasin Cəmil: Rumıniya hərbi təhlükə ilə üzləşərsə, ilk yardım edəcək ölkə Türkiyə olacaq

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Buxarest, 19 noyabr, AZƏRTAC

Rumıniyanın nüfuzlu “Adevărul” nəşrində dərc olunan analitik materialda ölkənin Azərbaycandakı sabiq səfiri, tanınmış tarixçi və şərqşünas professor Tasin Cəmil bildirib ki, Rumıniya hərbi təcavüzə məruz qaldığı halda ona ən sürətli və real dəstək göstərə biləcək dövlət məhz Türkiyədir. Professor Tasin Cəmil vurğulayır ki, Türkiyə və Rumıniya Qara dəniz regionunda eyni təhlükəsizlik məkanını bölüşür, iki ölkə arasında tarixboyu heç bir ərazi və siyasi ziddiyyət olmayıb və bu, Balkan regionu üçün nadir və strateji baxımdan son dərəcə mühüm haldır. Onun sözlərinə görə, Rumıniyaya şərqdən hərbi təhlükə yaranacağı təqdirdə Türkiyənin milli təhlükəsizlik maraqları, xüsusən də boğazlar və Qara dənizdə sabitliyin qorunması Ankaranın dərhal və qətiyyətlə hərəkət etməsini zəruri edir. Professorun səsləndirdiyi bu mövqe tarixi təcrübə və mövcud geosiyasi reallıqla tam uzlaşır.

T.Cəmil bildirir ki, 1933-cü il 17 oktyabr tarixli Rumıniya–Türkiyə müqaviləsi tərəflər arasında təhlükə yaranarsa, qarşılıqlı hərbi yardımı nəzərdə tutmuşdu və həmin dövrdə Türkiyənin xarici işlər naziri Şükrü Saracoğlu Rumıniyanın hər çağırışına Ankaranın dərhal cavab verəcəyini açıq bəyan etmişdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Varşava Müqaviləsi təşkilatı dağıldıqdan sonra Rumıniyanın təhlükəsizliyinə ilkin təminat verən ölkələr arasında yenə də Türkiyənin adı çəkilirdi.

Professor qeyd edir ki, bu gün Rumıniyaya qarşı dənizdən və ya havadan təhdid yaranacağı halda Qara dənizdə ən sürətli və effektiv hərbi reaksiyanı verə biləcək yeganə regional aktor Türkiyədir. Ankaranın Rumıniyanın müdafiə sənayesinə investisiya yatırmaq, pilotsuz uçuş aparatları, zirehli texnika və gəmiqayırma sahələrində əməkdaşlığı genişləndirmək planları var. Ekspertin fikrincə, Rumıniya şərq cinahında artan risklər fonunda yalnız uzaq müttəfiqlərə deyil, bölgədə real hərbi gücə malik etibarlı tərəfdaşlara söykənməlidir və bu kontekstdə Türkiyənin rolu Rumıniyanın müdafiə strategiyasında xüsusi əhəmiyyət daşıyır.

O, məqalənin sonunda bildirir ki, Rumıniya hərbi təhlükə ilə üzləşərsə, ən tez, ən ardıcıl və ən qətiyyətli reaksiya göstərəcək dövlət Türkiyə olacaq. Onun sözlərinə görə, bu nəticə həm tarixi öhdəliklərdən, həm coğrafi reallıqlardan, həm də regiondakı güc balansından irəli gəlir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see287

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see286

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see206

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see185

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see164

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see159

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see156

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see147

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see144

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see144

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see143

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see143

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see139

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see136

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see136

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see135

Bakının yarısında işıqlar söndü

02 Yanvar 2026 00:26see134

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see129

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see127

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri