Icma.az
close
up
RU
Rumıniya Türkiyə üçün ən uğursuz rəqiblərdən imiş!

Rumıniya Türkiyə üçün ən uğursuz rəqiblərdən imiş!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

"Football-plus.az" xəbər verir ki, Türkiyə DÇ-2026-ya qatılmaq yolunda gələn ilin martında iştirak edəcəyi pley-offun yarımfinalında evdə Rumıniya ilə qarşılaşacaq.

İndidən bir məqam dəqiqdi ki, “ay-ulduzlular” çox ciddi favorit sayılacaqlar. 2002-dən bəri ilk dəfə mundiala vəsiqə qazanmaq arzusunda olan Türkiyənin ulduzlarla dolu heyətinin dəyəri 477,5 milyon avro, Rumıniyanın heyətinin dəyəri isə 85,7 milyon avrodu. Ancaq Rumıniyanın tarixən Türkiyə üçün ən uğursuz rəqiblərdən biri olması diqqəti çəkir. Rumıniya indiyə qədər bu komandalar arasında keçirilən 26 oyunun 14-də qalib gəlib və tarixdə Almaniyadan (15) sonra “ay-ulduzlular”ı ən çox məğlub edən ikinci rəqibdi! Türkiyə Rumıniya səddini keçsə, finalda Slovakiya – Kosovo cütünün qalibi ilə oynayacaq. Özü də səfərdə.
Bu arada məşqçilərin fikirləri bəlli olub. Türkiyənin başında ən çox qələbə qazanan əcnəbi mütəxəssis statusunda olan italiyalı Vinçentso Montella pley-off barədə bunları deyib:

“Mirça Luçeskunu gözəl tanıyıram. Onun həm italyan, həm də türk mentallığından əla anlayışı var. Daha öncə Türkiyədə işləyib. Slovakiyanın başında da italiyalı məşqçi dayanıb. İstər Slovakiya, istərsə də Kosovo yığcam oynaya bilən komandalardı. Biz hər oyuna ayrı-ayrı hazırlaşmaq prinsipini davam etdirəcəyik. Finala yüksəlsək, səfərdə oynayacağıq. Amma bu nöqtədən sonra bu durum artıq prinsipial əhəmiyyət daşımayacaq. DÇ-yə qatılmaq üçün hər kəs maksimum performans ortaya qoymalıdı. Artıq rəqibləri incələməyə başlayacağıq”.


Montellanın da qeyd etdiyi kimi Rumıniyanın başında Türkiyə futbolunu beş barmağı kimi tanıyan mütəxəssis dayanıb. 80 yaşlı Luçesku 2001/02-də “Qalatasaray”, 2002/03-də “Beşiktaş” ilə çempion olub. Üstəlik 2017-19-cu illərdə Türkiyə yığmasını çalışdırıb. Luçeskunu dinləyək:

“Türkiyə yaxşı oyunçulara sahibdi və güclü komandaları var. Başqa nə deyə bilərəm? Türkiyə futbolunu yaxından tanıyıram. Bizim üçün problem deyil. Onlara qarşı necə oynayacağımızı bilirik. Onsuz da 1-ci səbətdəki komandaların hamısı eyni səviyyədə idi. Pley-off üçün başqa seçim imkanımız yox idi. Məncə, hər kəs üçün şanslar bərabərdi. Türkiyənin futbolçularını gözəl tanıyıram. Onların bir çoxu mənim dönəmimdə yığmada debüt edib. Məsələn, İspaniya ilə keçirdikləri son matçda heyətdə olan 6 futbolçuya ilk dəfə mən yığmada şans vermişəm. Türkiyə güclü dönəmdən keçir. Hələ vaxtımız var. Çalışmalıyıq ki, qarşıdakı 4 ayda səviyyəmizi bir xeyli qaldıraq. Futbol kağız üzərində yox, meydanda oynanılır. Şansımızın neçə faiz olduğunu bilmirəm. Təbii ki, asan olmayacaq. Türkiyədə bizi çox çılğın atmosfer gözləyəcək. İki komandanın oyunçularını müqayisə etmək doğru deyil. Çünki ayrı-ayrı səviyyədədilər. Ümid edirəm ki, həmin gün yüksək səviyyəli oyun sərgiləyəcəyik”.


Yeri gəlmişkən, bu matçın keçiriləcəyi stadionla bağlı Türkiyə mətbuatında bir iddia ortaya atılıb. Həmin iddiaya inansaq, görə Türkiyə Rumıniyanı “Qalatasaray”ın ev oyunlarını keçirdiyi “Rams Park”da qəbul edəcək! Qardaş ölkənin yığması son dönəmlərdə ev oyunlarını əsasən İstanbuldan kənarda keçirir. Türkiyə İstanbulda sonuncu dəfə məhz elə “Rams Park”da oyuna çıxıb. Bu ilin martında Türkiyə həmin stadionda Millətlər Liqasının pley-offunda Macarıstandan üstün olub – 3:1.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Noyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri