Icma.az
close
up
RU
Professordan “sürpriz” açıqlama: “Bu pandemiya kifayət qədər ciddi olacaq”

Professordan “sürpriz” açıqlama: “Bu pandemiya kifayət qədər ciddi olacaq”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müşavirlərindən biri, doktor Rita İssa iqlim böhranının 2050-ci ilə qədər yeni pandemiyanın yaranmasına səbəb ola biləcəyini deyib.

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının ("BMT") İqlim Dəyişikliyi üzrə 29-cu Tərəflər Konfransında ("COP29") sualları cavablandıran İssa, iqlim böhranının insan sağlamlığına çoxsaylı təsirlər göstərdiyini vurğulayıb. 

O, ekstremal hava hadisələrindən qaynaqlanan xəsarətlər, yoluxucu xəstəliklər və isti hava dalğalarının yaratdığı problemlərin bu təsirlərin bir hissəsi olduğunu qeyd edib. İssa COP29 çərçivəsində mövzu ilə bağlı çoxsaylı müzakirələr aparıldığını qeyd edib: 

“Ekstremal istilərin ürək sağlamlığı üzərində ciddi təsirləri var. Hər il həddindən artıq istilərin səbəb olduğu ölüm hallarının əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. İqlim dəyişikliyi hər yaş qrupundan insanın sağlamlığını təhdid edir, lakin xüsusilə həssas qruplar üçün daha böyük risklər yaradır. Bu qruplara yaşlılar, uşaqlar və hamilə qadınları daxil etmək mümkündür. 

Bundan əlavə, iqlim böhranı artıq sağlamlıq problemləri ilə mübarizə aparan insanlar üçün əlavə yük yaradır.” İssa iqlim böhranı ilə yoluxucu xəstəliklər arasında əlaqəyə diqqət çəkib. Onun sözlərinə görə, xəstəlik daşıyan canlıların bölgə dəyişməsi bu əlaqənin əsas səbəblərindəndir. 

Malyariya və dang qızdırması yayan ağcaqanadların qlobal istiləşmə nəticəsində yaşayış yerlərini dəyişdiyini bildirən İssa, bu kimi hallar nəticəsində pandemiya riskinin artdığını vurğulayıb. O əlavə edib: 

“İqlim dəyişikliyi mütləq yeni pandemiyaya səbəb ola bilər. ÜST-nin COP29 çərçivəsində bir həftə ərzində həyata keçirdiyi proqramlarda iqlim böhranının pandemiya risklərini artırdığına dair çoxlu sübut təqdim edildi. 

Bunun əsas səbəbi pandemiyaya yol aça biləcək xəstəliklərin insanların təbiətlə və biomüxtəlifliklə olan əlaqəsindən qaynaqlanmasıdır. Təbiət, biomüxtəliflik, iqlim dəyişikliyi və insan sağlamlığı bir-biri ilə sıx bağlıdır. İqlim böhranı nəticəsində insanların təbiətlə əlaqələrində dəyişikliklər müşahidə olunur və bu, 2050-ci ilə qədər yeni pandemiyanın yaranması ehtimalını artırır.” 

Məsələ ilə bağlı tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bütün daşıyıcı viruslar sürətlə mutasiyaya uğradıqları üçün pandemiya yaratma qabiliyyətinə malikdir:

"Bu daşıyıcı viruslar adətən hava-damcı yolu ilə yoluxur. Günümüzdə heç vaxt ağlımıza gəlməyən sürprizlərlə qarşılaşa bilərik. Elmi proqnozlara görə, qarşıdakı illərdə qrip pandemiyası ilə üz-üzə gələcəyik. Bu qrip pandemiyası kifayət qədər ciddi olacaq. Çünki qrip virusu da hər dəfə mutasiyaya uğrayır”. 

Professor qeyd edib ki, bütün bunlar insan fəaliyyətinin nəticəsidir: 

“İnsan sayı çoxaldıqca Yerin resursları da tükənəcək". 

Ləman İsmayıl 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri