Icma.az
close
up
RU
Prokuror qızla oğlanın öldüyü qəzada günahlandırılan sürücüyə ağır cəza istədi, məhkəmə təmin etmədi

Prokuror qızla oğlanın öldüyü qəzada günahlandırılan sürücüyə ağır cəza istədi, məhkəmə təmin etmədi

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Samuxda yol qəzasında iki polis əməkdaşının ölümündə günahlandırılan Allahverdi Behbudovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclasının bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, prokuror protestində Gəncə Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarının ləğv olunmasını və işin yeni apellyasiya baxışın təyin edilməsini istəyib.


“Belə ki, iş üzrə hər iki zərərçəkmis şəxsin hüquqi varisləri ibtidai istintaqın əvvəlindən hökm çıxarılan günədək təqsirləndirilən şəxsdən şikayətçi olublar. Bununla yanaşı təqsirləndirilən şəxs baş vermiş hadisədə təqsirinin olmadığını bildirib. Bu amillər məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmayıb. İstər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatında da zərərçəkmiş Ləman Süleymanzadənin atası olan hüquqi varisi Nazim Süleymanov Allahverdi Behbudova ağır cəza təyin olunmaqla, onun cəzalandırılmasını tələb edib. Həmçinin iş üzrə digər hüquqi varis cəzaya münasibət bildirərkən aralarında hər hansı razılığın olmaması, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən tələb edib. Belə olduğu təqdirdə təqsirləndirilən şəxsə maddənin sanksiyasında minimum olan, cəzaçəkmə müəssisəsinin növünə təsir edən 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi açıq-aşkar təqsirləndirilən şəxsin şəxsiyyətinə, törətdiyi əmələ, həmçinin əmələ olan münasibətinə uyğun olmayıb. Allahverdi Behbudovun zərərçəkmiş şəxsin hüquqi varislərdən biri ilə barışması onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini tələb etmir. Hətta hər iki zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi belə təqsirləndirilən şəxsə maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsini mütləq şərtləndirmir. Göründüyü kimi həmin normanın tətbiqi məhkəməyə yalnız əsas cəza kimi 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasından daha ağır cəza təyin etməsini qadağan edir. Beləliklə, məhkəmə məhkuma onun törətdiyi cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin edib. Odur ki, göstərilənləri nəzərə alaraq Allahverdi Behbudovun barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm”, - dövlət ittihamçısı bildirib.


Qərara əsasən, kassasiya protesti təmin edilməyib.


Qeyd: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan hökmdən dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi protest və şikayəti təmin etməyib. Ali Məhkəmədə də protest və şikayəti təmin etməyib.
 

İttihama görə, hadisə 16 avqust 2020-ci il tarixində Samux rayonu ərazisində qeydə alınıb.


Hadisədə iştirak edən “NEW Holland TC-5050” markalı kombaynın sürücüsü, 1972-ci il təvəllüdlü Allahverdi Behbudov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.
 

Bildirilib ki, hadisə vaxtı kombaynla 1998-ci il təvəllüdlü polis zabiti Elnur Çağırqanovun sürdüyü “Mercedes” markalı minik avtomobilinin toqquşması E.Çağırqanovun və sərnişini olan polis serjantı, 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının həyatını itirməsinə səbəb olub.
 

Kamal Məmmədov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Mart 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see190

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see122

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see115

Maskın təklifi

08 İyun 2025 04:23see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see112

Bakıda 2 avtomobildən avtomat tapıldı

07 İyun 2025 12:28see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri