Prokuror Trampın bu qərarına qarşı çıxdı: İcazə verməyəcəyik
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın Kolumbiya dairəsi üzrə prokuroru Brayan Şvalb ABŞ Milli Qvardiyasının Vaşinqtonda yerləşdirilməsinə qarşı Dairə Məhkəməsində iddia qaldırıb. O, bunu qanunsuz hesab edib.
Globalinfo.az bildirir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Portal Şvalbın bəyanatından sitat gətirib:
“Bu gün Vaşinqton, sabah isə istənilən başqa şəhər olacaq. Biz federal hakimiyyətin qanunsuz müdaxiləsinə son qoymaq üçün məhkəməyə müraciət edirik”.
Prokurorun fikrincə, Milli Qvardiya yerli hakimiyyət orqanlarının razılığı olmadan yerləşdirilməməlidir və federal hökumət başqa ştatlardan Vaşinqtona göndərilən əməkdaşlarına sərəncam verə bilməz.
Xatırladaq ki, avqustun 11-də ABŞ prezidenti Donald Tramp Vaşinqton polisinin müvəqqəti olaraq federal nəzarətə keçdiyini və cinayətlə mübarizə üçün Milli Qvardiyanın şəhərə göndərildiyini elan edib.
Qeyd edək ki, ABŞ Milli Qvardiyası təbii fəlakətlərin, evakuasiyaların nəticələrini aradan qaldırmaq və ya iğtişaşları yatırmaq üçün iştirak edən ehtiyat qüvvədir.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 04 Sentyabr 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















