Icma.az
close
up
RU
Əliməmməd Nuriyev: “Konstitusiya dövlətin hüquqi və mənəvi sütunudur”

Əliməmməd Nuriyev: “Konstitusiya dövlətin hüquqi və mənəvi sütunudur”

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi tarixə düşür. Bu qərar dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsinə, milli suverenliyin dərinləşdirilməsinə və vətəndaş-dövlət münasibətlərində hüquqi mədəniyyətin daha da inkişafına yönəlmiş mühüm addımdır. Dünən-12 noyabr, Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olundu. Bu tarix yalnız dövlətin əsas qanununun qəbul olunduğu gün deyil, həm də xalqın öz suveren iradəsini ifadə etdiyi, müstəqil dövlətçiliyimizin hüquqi təməlini formalaşdırdığı bir gündür. Bu günlər bizə Konstitusiyanın təkcə hüquqi sənəd deyil, həm də milli kimliyimizi, azadlığımızı və müstəqilliyimizi qoruyan mənəvi dəyər olduğunu xatırladır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu sənədin prinsiplərinin daha dərindən öyrənilməsi və cəmiyyət həyatında tətbiqi dövlətin davamlı inkişafı və hüquqi sabitliyi üçün xüsusi əhəmiyyət kəsb edir.

“Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev Sherg.az-a açıqlamaaında Konstitusiyanın cəmiyyətin həyatında tutduğu roldan danışıb:

"Konstitusiya hər bir dövlətin hüquq sisteminin mərkəzində duran, onun siyasi hüququ və institusional quruluşunu müəyyən edən əsas normativ sənəddir. O, dövlətin idarəetmi mexanizminin, hakimiyyətin bölünməsi prinsiplərinin vətəndaşlarının hüquq və azadlıqlarını, dövlət orqanlarının səlahiyyət çərçivələrini müəyyənləşdirir. Konstitusiya hüquq sisteminin ierarxiya baxımdan yuxarı ali norması olaraq bütün digər normativ hüquqi sənədlərin hüquqi mənbəyi hesəb olunur. Hüququn ierarxik strukturunda Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Onun müddəlarına zidd olunan hər hansı qanun və ya qərar hüquqi qüvvədən məhrum hesab edilir. Azərbaycan Konstitusiyasının birinci maddəsində göstərilir ki, hakimiyyətin mənbəyi xalqdır. Bu prinsip dövlətin legitimliyinin hüquqi əsasına təşkil edir və xalq suverenliyinin reallaşma mexanizmini müəyyən edir. Konstitusiyanın 12-ci maddəsində dövlətin ali məqsədi göstərilir. Dövlətin ali məqsədi kimi insan vətəndaş hüquq və azadlıqlarının ləyaqətləri səviyyəsində təmin edilməsi gedir. Bu normal dövlət fəaliyyətinin istiqamət verici prinsipi çıxışıdır. Dövlətin əsas funksiyasının insan hüquqlarının qorunması ilə əlaqələndirir, eyni zamanda dövlətin sosial dövlət olduğunu göstərir. Konustitusiya yalnız hüquqi, texniki sənət deyil, həm də cəmiyyətin sosial fəlsəfi nizamını ifadə edir. O, insanın azadlıq, ədalət və hüquqi təhlükəsizlik tələblərinə dövlətin təşkilatı forması ilə özbaşdır. Bu mənada Konstitusiya cəmiyyətin özünü hüquq vasitəsilə tənzimlənmək iradəsinin ifadəsidir. Hüquqi fəlsəfə baxımdan Konstitusiya azadlığın institusional təminatı kimi çıxışıdır. O, fərdi iradə ilə kollektiv nizam arasında tarazlığı təmin edir. Jan Jak Russo-nun ictimai müqavilə konsepsiyasında olduğu kimi Konstitusiya dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyət və hüquqi balansı müəyyən edən müqavilədir". 

Ekapert 1995-ci ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının ölkəmizin müstəqillik dövründə qəbul edilmiş ilk əsas qanun olduğunu xatırladıb: 

"Onun milli dövlətçiliyinin hüquqi çərçivəsini müəyyən edir. İlk dəfə olaraq 12 noyabrda Azərbaycan xalqı öz iradəsini müstəqil olaraq ifadə edərək konstitusiyasını yarattı. Bu sənət Sovet hüquq sistemindən fərqli olaraq, hüququn siyasi hakimiyyətin ifadəsi kimi deyil, insan hüquq və azadların qorunması vasitəsi kimi müəyyənləşdirildi. Azərbaycan Respublikasının Konstitusiyası post-sovet hüquq modellərindən fərqli olaraq insan yönümlü, insan mərkəzli dövlət idarəsinin fəlsəfəsini formalaşdırır. Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiyası və süverenlik ili" elan etməsi, dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə və süverenliyin institusional mahiyyətində daha dərindən strateji yanaşma kimi qeyd oluna bilər. Müasir şəraitdə Konstitusiyanın rolu təkcə hüquqi sabitliyi deyil, həm də idarə etmənin effektivliyinin, hüquq və dövlət siyasəti arasında balansı təmin etməsidir.

Konstitutsiyaya dəyişikliklər açıq olmaqla yanaşı hüquqi sabitliyin qarantı kimi də çıxış etməlidir. İndiyə qədər Azərbaycanın hüquqi sabitliyində üç dəfə referendum vasitəsi ilə- 2002-2009-2016-cı illər mühim dəyişikliklər baş verdi. Bu zaman Konstitutsiyanın hüquqi sabitliyi pozulmadı".

Müsahibimiz bildirib ki, Konstitusiyanın əsas funksiyası dövlətin legitimliyini qorumaq hakimiyyətin məsuliyyətli fəaliyyətini təmin etmək, vətəndaş hüquqlarının reallığını təmin edən hüquqi mühit yaratmaqdır:

"Ümumiyyətlə Konstitusiya dövlətin hüquq sisteminin əsasını vətəndaş cəmiyyətinin normativ çərçivəsi və insan hüquqlarının təminat mexanizmini formalaşdıran ali sənəddir. Konstitusiya dövlətin pasportu hesab olunur. Ona münasibət yalnız hüquqi deyil, həm də düşünülmüş fəlsəfi məsuliyyət tələb edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri