Prokurorluqdan Qalatasaray ın futbolçusunu yaralayan şəxs ilə bağlı açıqlama
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
1:1 hesabı ilə bitən ''Fənərbaxça'' - ''Qalatasaray'' derbisi əvvəlki illərlə müqayisədə bu dəfə sakit keçsə də, qalmaqalsız yenə ötüşmədi.
"Football-plus.az" xəbər verir ki, ''Cim-Bom'' 27-ci dəqiqədə Leroy Sane ilə hesabı açdı və Kazımcan Karataş qola sevinərkən tribunadan atılan bir alışqan düz onun sifətinə, daha dəqiq desək, gözünün altına tuş gəldi. Gənc müdafiəçi tamamilə təsadüf nəticəsində ciddi xəsarətdən qurtuldu. Alışqan bir qədər yuxarı dəysəydi bu futbolçu gözündən çox ciddi xəsarət ala bilərdi. Oyundan sonra ''Qalatasaray'' cəbhəsi, eləcə də baş məşqçi Okan Buruk bu olayla bağlı çox ciddi iradlar bildirdi.
''Qalatasaray'' bu məsələni elə-belə buraxmayıb. İstanbul nəhəngi qəsdən adam yaralama maddəsi ilə prokurorluğa şikayət edib. Türkiyədə idmanda şiddətin özbaşınalığın qarşısının alınması üçün illər öncə 6222 nömrəli qanun qəbul edilib. İstanbul Anadolu Prokurorluğü isə dərhal məsələ ilə bağlı rəsmi açıqlama verərək alışqanı atan şəxsin axtarışlarına başlayıb.
Prokurorluğun açıqlamasında tribunadakı təhlükəsizlik kameralarının incələnəcəyi və həmin şəxsin tapılacağı qeyd olunub. Həmin şəxsin həbs olunaraq ifadəsinin alınması, eləcə də 1 il ərzində idman tədbirlərinə buraxılmamasına qərar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 05 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















