Prokurorun 82 minlik dələduzluqda ittiham olunan nəzarətçinin işi ilə bağlı vətatəti təmin edildi
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zabil Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı cinayət işinin baxılmasına xitam verilməsi və onun istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və müstəntiq barəsində xüsusi qərar çıxarılmasına dair vəsatət verib.
Vəsatəti təmin edilib, cinayət işinin baxılmasına xitam verilib və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Cinayət işinin materiallarında qeyd edilib ki, iş üzrə aparılmış ibtidai istintaq nəticəsində təqsirləndirilən Zabil Həsənov MMC-lərdən birində nəzarətçi vəzifəsində işləyib. O, 2023-cü ilin may ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan vaxtlarda hər kiloqramı 0,17 manat dəyərində qiymətləndirilən kağız məhsullarının (kardonların) həqiqi çəkisindən 482924 kiloqram artıq çəki qeyd etməklə, sürücülərə yol haqqı və kağız məhsullarını (kardonları) satan şəxslərə məhsulun satış qiyməti qismində verilən pul vəsaitlərini çıxmaq şərtilə 82097,08 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib.
Kamal Məmmədov


