Harvarddakı xarici tələbələri əngəlləyən Tramp administrasiyasının qadağası dayandırıldı
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
ABŞ-də federal hakim prezident Donald Tramp administrasiyasının beynəlxalq tələbələrin Harvard Universitetində təhsil almaq üçün ölkəyə girişinə qadağa qoymasının dayandırılmasına qərar verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Boston dairəsinin hakimi Allison Burroughs Tramp administrasiyasının “beynəlxalq tələbələrin Harvard Universitetində təhsil almaq üçün ölkəyə daxil olmasını əngəlləmək” addımı ilə bağlı qərarını açıqlayıb.
Federal Hakim Burroughs bildirib ki, Tramp administrasiyasının “hörmətli bir akademik quruma nəzarət etmək üçün yanlış cəhdləri” ifadə azadlığını təhdid edir.
Burroughs ifadə və düşüncə azadlığının qorunmalı olduğunu və işin bununla bağlı olduğunu ifadə edərək, Tramp administrasiyasının qərarını dayandırıb.
Tramp və Harvard arasında mübahisə
Federal hökumət Fələstinə və müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarına dəstək üçün kampus etirazlarını əsas gətirərək, Harvard da daxil olmaqla bir çox universitet üçün federal maliyyəni dondurmaqla hədələmişdi.
Bu proses zamanı Ədliyyə Departamenti, Səhiyyə və İnsan Xidmətləri Departamenti, Təhsil Departamenti və Ümumi Xidmətlər Administrasiyası (GSA) ilə birgə “Antisemitizmlə Mübarizə Qrupu” yaradılmışdır.
Tramp administrasiyası Harvard üçün 2,2 milyard dollar maliyyə vəsaitini və 60 milyon dollarlıq müqavilə haqqını dondurmaq qərarına gəlmiş və universitet federal hökumətin maliyyələşdirməni dondurmasının qanunsuz olduğunu əsas gətirərək qərarın qarşısını almaq üçün məhkəməyə müraciət etmişdi.
Günel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 24 İyun 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















