Icma.az
close
up
RU
Milli Ordu suverenliyimizi qətiyyətlə qoruyan mühüm güc amilidir Millət vəkili yazır

Milli Ordu suverenliyimizi qətiyyətlə qoruyan mühüm güc amilidir Millət vəkili yazır

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasında hər il 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Həmin gün milli ordumuzun yaradılması və formalaşmasında mühüm mərhələ, dövlətimizin müdafiə potensialının möhkəmləndirilməsində xüsusi önəm daşıyan əlamətdar hadisə kimi yaddaşımıza həkk olunub. Silahlı Qüvvələr Günü Azərbaycan Ordusunun qazandığı böyük zəfərləri və tarixi nailiyyətləri dəyərləndirmək, milli birliyimizi və dövlətə bağlılıq ruhumuzu nümayiş etdirmək baxımından müstəsna əhəmiyyətə malikdir.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın qarşılaşdığı ən ciddi problemlərdən biri dayanıqlı və peşəkar ordunun olmaması idi. Dövlətin təhlükəsizlik sistemi formalaşmamışdı, silahlı birləşmələr vahid komandanlıq altında deyildi. Bu şəraitdə Ermənistanın işğalçı siyasəti vəziyyəti daha da gərginləşdirdi. 

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycan Ordusunun gücləndirilməsində tarixi dönüş nöqtəsi oldu. Ümummilli Lider ordu quruculuğunu dövlətçilik strategiyasının prioriteti kimi müəyyənləşdirdi. Həyata keçirilən tədbirlər həm qanunvericilik bazasının yaradılması, həm də hərbi idarəetmənin təkmilləşdirilməsi baxımından əhəmiyyətli idi. Heydər Əliyev dövründə ordu vahid komandanlıq altında birləşdirildi, hərbi təhsil və hazırlıq sistemləri quruldu, sosial müdafiə mexanizmləri tətbiq olundu. Bu addımların nəticəsi kimi Azərbaycanın müdafiə qabiliyyəti artdı. 

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. Peşəkar hərbi kadr hazırlığına xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev bu sahənin inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Azərbaycan Hərbi Akademiyasının yaradılması barədə Fərman imzalamışdır. Akademiyanın təsis olunması ölkədə milli hərbi kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət baxımından yeni mərhələyə keçməsinə şərait yaratmış və Silahlı Qüvvələrin peşəkarlığının artırılmasında mühüm rol oynamışdır. Bununla yanaşı, 2001-ci ilin 20 avqust tarixində imzalanan Fərmana əsasən, Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra hərbi təhsil müəssisələri struktur baxımından yenidən təşkil olunmuşdur. Belə ki, hərbi təhsilin təkmilləşdirilməsi məqsədilə bu məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Bu islahatlar nəticəsində hərbi təhsil sistemi beynəlxalq standartlara uyğunlaşdırılmış, peşəkar zabit və ixtisaslı şəxsi heyətin hazırlanması istiqamətində ciddi irəliləyişlər əldə olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bu dövr ordu quruculuğunda dərin islahatlarla xarakterizə olunur. Müasir döyüş strategiyalarına cavab verən modern silah sistemlərinin alınması, hərbi texnika parkının yenilənməsi, eyni zamanda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi nəticəsində Azərbaycan Ordusunun döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artmışdır. 

Dövlətimizin başçısı tərəfindən həyata keçirilən hərbi islahatlar Azərbaycan Ordusunun yalnız müdafiə xarakterli deyil, eyni zamanda preventiv və hücum əməliyyatlarını uğurla icra edə bilən, yüksək çevikliyə və texnoloji üstünlüklərə malik müasir ordu modelinə çevrilməsini təmin etmişdir. Ordunun strukturunda və idarəetməsində həyata keçirilən köklü dəyişikliklər, şəxsi heyətin peşəkarlığının artırılması, hərbi texnika və silah sistemlərinin modernləşdirilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlığın dərinləşdirilməsi bu prosesin əsas sütunlarını təşkil etmişdir. Bu strateji yanaşmanın konkret nəticələri isə 2020-ci ildə baş vermiş və Azərbaycanın hərb tarixində yeni səhifə açan 44 günlük Vətən müharibəsində özünü parlaq şəkildə göstərmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatına başlayaraq Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş və cəmi 44 gün ərzində - noyabrın 9-dək 5 şəhəri, 4 qəsəbəni və 300-dən artıq kəndi işğaldan azad etmişdir. Bu Zəfər müasir ordu quruculuğu siyasətinin uğurlu nəticəsi olmaqla yanaşı, xalqın iradəsini, birliyini və əzmini dünyaya nümayiş etdirmişdir.

2023-cü ilin 19 sentyabr tarixində Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatlara və terror hücumlarına qarşı həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycan Ordusunun yüksək hazırlıq səviyyəsinin və çevik əməliyyat qabiliyyətinin bariz nümunəsinə çevrildi. Bu tədbirlərin məqsədi yalnız silahlı təxribatların qarşısını almaq deyil, həm də Üçtərəfli Bəyanatın müddəalarının icrasını təmin etmək, ölkənin konstitusiya quruluşunu bərpa etmək idi. Nəticədə separatçı qüvvələr təslim olaraq ağ bayraq qaldırmağa məcbur oldular.

Bu iki tarixi hadisə sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər Azərbaycan Ordusunun təkcə ölkə daxilində deyil, bütövlükdə regionda sülh və sabitliyin təmin olunmasında da mühüm aktora çevrilməsinə səbəb olmuşdur.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qazanılan Qələbənin şərəfinə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir. Bu addım tarixi Zəfərin əbədiləşdirilməsi ilə yanaşı, müharibə iştirakçılarının qəhrəmanlığına və fədakarlığına dövlət səviyyəsində yüksək qiymət verilməsinin bariz nümunəsidir. Xüsusilə, “Zəfər” və “Qarabağ” ordenləri ilə yanaşı, 15 yeni medal təsis olunmuşdur ki, bunlar Vətən müharibəsində iştirak etmiş şəxslərin xidmətlərini və qəhrəmanlıqlarını tanımaq və təltif etmək məqsədini daşıyır. Sadalanan faktorlar Azərbaycan xalqının milli birliyini və qürurunu daha da möhkəmləndirərək, gələcək nəsillərə böyük vətənpərvərlik nümunəsi kimi səciyyənir.

44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. 

Azərbaycanda ordu quruculuğu konsepsiyası daim yenilənərək dövlətin inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilir. Müdafiə sənayesinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi mühüm prioritetlərdəndir. Bu istiqamətdə atılacaq addımlar ordunun həm taktiki, həm də strateji potensialını yüksəldəcək, milli təhlükəsizliyin təmin edilməsində daha etibarlı bir zəmin yaradacaq. 

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü dövlət müstəqilliyinin qorunmasında və milli təhlükəsizliyin təmin olunmasında hərbi gücün əhəmiyyətini vurğulayır. Orduya verilən önəm və həyata keçirilən islahatlar dövlətin dayanıqlı inkişafına, regional sabitliyə və ölkəmizin beynəlxalq nüfuzunun artmasına töhfə verir.

Bədəl Bədəlov

Milli Məclisin deputatı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 İyun 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see309

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see179

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see141

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see128

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see127

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see125

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see123

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see120

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri