Məhkəmə 425 minlik dələduzluqda ittiham olunan şəxslərlə bağlı qərar verdi
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
Ali Məhkəmədə külli miqdarda dələduzluqda təqsirləndirilən Samir Həsənov və Nurlan Ağayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlan Ağayevə bəraət verilib, Samir Həsənov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd: Hər iki şəxs zərərçəkmiş Rauf İsmayılova qarşı 425 min manatlıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov


