Icma.az
close
up
RU
Ən çox sıxlıq yaranan yollarında hansı işlər görülməlidir? EKSPERTDƏN TƏKLİF FOTO

Ən çox sıxlıq yaranan yollarında hansı işlər görülməlidir? EKSPERTDƏN TƏKLİF FOTO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxt yollarında pik saatlarda sıxlıq əsasən “Neftçilər”, “Koroğlu” və “20 Yanvar” stansiyalarının ətrafında müşahidə olunur. Burada həm metroya gedən sərnişinlərin, həm də şəxsi nəqliyyatdan istifadə edənlərin sayı çox olduğundan, hərəkətdə ciddi ləngimələr yaranır. Eyni zamanda, yol hərəkəti qaydalarının pozulması, avtobus zolaqlarında dayanma hallarının artması da vəziyyəti çətinləşdirir.

Bəs bu sıxlığın əsas səbəbi nədir və problemin aradan qaldırılması üçün hansı tədbirlər görülür?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, “Neftçilər”, “Koroğlu” və “20 Yanvar” stansiyalarının ətrafında xaotik vəziyyətin səbəbi bir çox faktorlarla bağlıdır:


“Birincisi, çeşidli ictimai nəqliyyat növlərinin zəif inkişafı və insanların öz səfərlərini daha çox fərdi nəqliyyatla təşkil etməsidir. Digər səbəb isə ictimai nəqliyyatın keyfiyyətinin qismən aşağı olmasıdır. Bu da qeyri-qanuni sərnişindaşıma fəaliyyətinin artmasına və sıxlığa səbəb olur.
Yəni, bu növ səfərlərin həmin nəqliyyat növləri ilə təşkil edilməsi zərurəti yaranıb. İnsanlar tələblərini bu növ daşımalarla qarşılayırlar. Əsas məsələlərdən biri də infrastruktur məsələsidir.

Koroğlu dairəsi, “20 Yanvar” dairəsi, hətta bir az irəliyə də getmək olar, çünki şəhər artıq böyüyüb və şəhərin sərhədləri artıq Avtovağzaldan başlayır. Sonradan Zığ dairəsi, Bibiheybət tərəfi, bunlar şəhərin giriş nöqtələridir. Həmin nöqtələrdən şəhərə doğru daha funksional küçə formatında transformasiya olmalıdır.
Fərqli hərəkət iştirakçıları üçün imkan yaradılmalıdır: piyada infrastrukturu, mikromobillik, avtobus zolaqları və digər növlər. Harada bu şəbəkə əhatə edirsə baş planda harada nəzərdə tutulubsa, relsli nəqliyyat, yəni şəhərin müəyyən hissəsində yerin altında metro, yerin üstündə yüngül relsli tramvay və artıq mövcud olan dəmir yolu şəbəkəsidir.

Bunların hərəkəti nəzərə alınaraq qurulmalıdır. Şəhərin daxilinə gəldikcə qısa məsafədə piyadalar üçün keçidlər verilməlidir. Bu, birbaşa insanın hərəkətinə təsir edən məqamdır. Qısa məsafədə verilən keçidlərdə təhlükəsizlik elementləri olmalıdır. Yaxşı işıqlandırılan, iki zolaqdan artıq küçələrdə təhlükəsizlik adacığı ilə təmin olunan, zolağı ensizləşdirilmiş və svetoforla nizamlanan bu keçidlər həm axını hissələrə bölür, həm də təhlükəsiz keçidi təmin edir”.

Ekspert əlavə olaraq qeyd edib ki, yəni, fərqli hərəkət iştirakçıları bir küçədə, hərəsi öz yolu ilə hərəkət edir və müəyyən nizamlayıcı svetoforlarla bir axın digərinə qarışmadan rahat və təhlükəsiz keçid təmin olunur:

“Şəhərin bu hissələrinin yenidən transformasiyasına ehtiyac var. Əgər bir yerə daha çox avtobus gəlirsə, o avtobusların platformaları imkan daxilində uzun təşkil olunmalıdır.


Bir avtobus digərinə mane olmamalıdır. İki və ya üç avtobus arasında adacıqlar şəkilində ayrılmalar təşkil olunmalı, orada dayanacağın qurulması üçün imkan yaradılmalıdır. Rahat və təhlükəsiz bir platformadan digərinə keçid təmin olunmalıdır. Bu, həm axınları ayırar, həm də avtobusların rahat dayanmasına şərait yaradar.
Dünyanın müasir yanaşmaları var, məsələn, “kastl bardürləri” qurulur. Bu, avtobusun maksimum yaxın yan almasına və inklüzivliyin təmininə birbaşa təsir edir. Aşağı qövdəli avtobus maksimum yaxınlaşdıqda azmobillikli insanlar, yaşlılar, uşaq arabası olan valideynlər, əlillər heç bir pandusdan istifadə etmədən avtobusa minib-düşə bilirlər.

Bundan əlavə, “cib” praktikasına son qoyulmalıdır. Daha çox “anti-ciblər” təşkil olunmalıdır. Bu, fiziki olaraq parkinq sahəsini dayanacaq sahəsindən ayırır, dayanacağın zəbt olunmasının qarşısını alır və təhlükəsizliyi təmin edir. Ətrafında tumbalar qurulmalıdır ki, mümkün zəbtin qarşısı alınsın və hər kəsin öz yeri olsun, xaotik və nizamsız hərəkət nizamlı vəziyyətə gəlsin.

“20 Yanvar” dairəsində isə “Ukrayna” dairəsində görülən işlər təkrarlanmalıdır. Dairə daxilində eyni səviyyədə piyadalar üçün keçid təşkil olunmalıdır. Dayanacaqlar dairəyə daha yaxın təşkil edilməli və uzun platformalar qurulmalıdır.

Bu ərazi daha çox asfalt səhrasını xatırladır. Asfaltın müəyyən hissələrinin daha səmərəli istifadəsinə ehtiyac var. Piyadalar bir tərəfdən digər tərəfə keçə bilmirlər. Svetofor varsa, niyə keçid təşkil olunmayıb? İnsanlar metrodan istifadə etmirsə, keçidi yerin altına salmağa ehtiyac yoxdur”.

Avtosfer.az" src="https://avtosfer.az/upload/news/33806d.jpg" style="width:800px" />
Rauf Ağamirzəyevin fikrincə, “20 Yanvar” dairəsində “M TV”nin qarşısında svetofor var, dayanacaq var, amma zebralaşdırılmış keçid yoxdur:

“Yolun digər tərəfində, Aztelekomun qarşısında, dayanacaq var, amma ora gedən səki qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar tərəfindən zəbt olunub. İnsanlar məcburən yolun hərəkət hissəsinə çıxırlar, bu da həm özləri üçün, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.

Problemlərin çıxış yolu var. Məsələn, məhəllə girişləri və ya idarə girişləri səki səviyyəsinə qaldırılmalıdır. Səkilər asfalt və ya mərmər yox, fərqli örtüklə düzəldilməlidir ki, sürücü psixoloji olaraq başa düşsün - o, öz sahəsinə daxil olmayıb.

Səkilər tumbalarla qorunmalı, ailə sağlamlıq mərkəzlərinin qarşısı bərpa edilməli, avtomobillər təmizlənməli, səki içindəki köşklər yığışdırılmalıdır. Fasiləsiz, rahat və baryersiz keçid təmin olunmalıdır. Xüsusən Respublika Uşaq Klinik Xəstəxanası, və Onkoloji Mərkəz ətrafında təhlükəsiz keçid şərtdir.

Şəhər içindəki geniş yollar risklidir - iki zolaqdan artıq keçidlər təhlükəsizlik adacığı ilə təmin olunmalıdır. Zolaqlar ensizləşdirilməli, hər maşın yalnız bir zolaqda hərəkət etməlidir. Əks halda, tıxaclar və qəza riskləri artır”.


Mütəxəssis son olaraq qeyd edib ki, birinci şərt odur ki, insan əsas götürülsün:

“Hərəkət insanların rahatlığına və təhlükəsizliyinə uyğun qurulmalıdır. Qeyri-qanuni sərnişindaşıma fəaliyyəti yığışdırılmalı, velosiped yolları və səkilər təmizlənməli, səki örtükləri dəyişdirilməli və görüntü, səs kirliliyi azaldılmalıdır.

“Velotrek”, “M TV” və “Bravo” market istiqamətinə qədər səki rəvanlığı təmin olunmalıdır. Dərətəpə yox, tam düz səki olmalıdır ki, insanlar rahat hərəkət edə bilsinlər”.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 İyun 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see169

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see130

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see128

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri