Icma.az
close
up
RU
Prolaktinoma hormonal pozulmaların səbəbi

Prolaktinoma hormonal pozulmaların səbəbi

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Baş beyində yerləşən hipofiz vəzi çox kiçik ölçülərinə baxmayaraq (təxminən noxud boyda) orqanizmdə mühüm funksiyaları yerinə yetirir.

Hipofizin normal fəaliyyətindən maddələr mübadiləsi prosesləri, qalxanvari vəzinin, böyrəküstü vəzilərin, qadın və kişi cinsiyyət sisteminin fəaliyyəti, orqanizmin böyümə və inkişaf prosesləri birbaşa asılıdır.

Hipofizin xəstəlikləri insanın bir çox orqan və sistemlərində pozulmalara səbəb olur. Bu xəstəliklərin arasında - prolaktinoma (hipofizin ön hissəsinin şişi).

Bu xəstəlik zamanı laktasiyaya (süd vəzilərdə südün əmələ gəlməsi prosesi) cavabdeh olan prolaktin hormonunun ifrazı artır ki, bu müxtəlif pozulmalara səbəb olur. Prolaktinoma əksər hallarda qadınlarda inkişaf edir, lakin bəzən kişilərdə də müşayiət olunur.

Əvvəl prolaktinoma simptomsuz inkişaf edir. Daha sonra isə qanda prolaktinin səviyyəsi  çox qalxdıqda qadınlarda menstrual funksiya pozulur - menstruasiyalar qeyri-müntəzəm olur, bəzən isə tam kəsilir. Hamilə olmayan və uşaq əmizdirməyən qadında prolaktinoma fonunda süd vəzilərindən süd ifraz olunmağa başlayır.

Kişilərdə prolaktinoma qadınlarla müqayisədə daha gec aşkar olunur və bu səbəbdən daha böyük ölçülərə çatır. Kişilərdə prolaktinoma fonunda cinsi zəiflik inikişaf edir, bədəndə tüklər seyrəlir, süd vəziləri böyüyür (ginekomastiya) və bəzən də onlardan hətta süd ifraz olunur.

Həm qadınlarda, həm də kişilərdə həmçinin bu kimi simptomlar əmələ gəlir: sümüklərin kövrək olması, cinsi meylin olmaması, güclü baş ağrıları, görmə sinirinin sıxılması nəticəsində görmənin pozulması (bəzən hətta korluq inkişaf edə bilər), sonsuzluq.

Prolaktinomanın əmələ gəlməsi səbəbləri tibdə indiyə kimi araşdırılmayıb.

Prolaktinomanın diaqnostikası zamanı bu kimi müayinələrdən istifadə olunur:

- qan və sidik analizlərin (hipoifiz hormonlarının səviyyəsini təyin etmək üçün)

- baş beyini MRT-sı

- görmənin müayinəsi

Prolaktinoma həm konservativ (dərmanlar vasitəsilə), həm də cərrahi üsullarla müalicə olunur. Bəzi dərman preparatları prolaktinin ifrazını azaldır, şişi kiçildir, xəstəliyin simptomlarını azalıdır.

Konservativ müalicə kömək etmədikdə, cərrahi üsullardan istifadə olunur - şiş xaric edilir. Hal hazırda belə əməliyyatlar endoskopik üsullarla həyata keçirilir - şiş burun boşluğundan daxil olmaqla xaric olunur, heç bir görünən çapıqlar olmur, əməliyyat zamanı beyinin digər hissələrinə toxunulmur, fəsadların əmələ gəlməsi riski az olur.

Kiçik ölçüdə olan şişlər çox uğurla xaric edilir. Lakin, təəssüf ki, daha sonra, 5 il ərzində, prolaktinoma bir çox hallarda yenidən əmələ gələ bilər. Bu səbəbdən belə əməliyyat keçirmiş insanlar daim həkimlərin nəzarətində olmalıdır, analizlər verməlidir və s.

Cərrahi əməliyyatın tətbiqi mümkün olmadıqda şüa terapiyasından istifadə oluna bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri