Prospektdə motosiklet sürücüsünü sıxışdırıb özündən çıxardılar: “..bir deyil, iki deyil” VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Babək prospektində qayda pozan sürücünün görüntüsü sosial şəbəkədə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 99-GM-202 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. O, sol zolaqda hərəkətdə olan motosikleti sıxışdıraraq həmin zolağa keçib. Lakin motosiklet sürücüsü onun bu hərəkətini cavabsız qoymayıb. Belə ki, əsəbiləşən motosikletçi ən sağ zolağa manevr edərək qayda pozan sürücünün önünə keçib və ardınca ona “Sizə elə belə lazımdır”, - deyə rəy bildirib. Bu vaxt hadisənin şahidi olan digər bir sürücü hirslənən motosikletçiyə “Səbrli ol” deyərək onu sakitləşdirməyə çalışıb. Motosiklet sürücüsü isə daha da əsəbiləşərək “Nə qədər səbrli olmaq olar? Bir deyil, iki deyil. Adam bezir artıq”, - deyə ona cavab verib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 19 İyun 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















