Prospektdə qayda pozan “Prius” və ondan geri qalmayan motosiklet toqquşdu ANBAAN VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Babək prospektində baş vermiş yol-nəqliyyat hadisəsi kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, insident bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 90-OT-247 dövlət nömrə nişanlı “Toyota Prius” avtomobili motosikletlə toqquşub. Kadrdan görünür ki, “Prius”un sürücüsü sağ zolağa nəzarətsiz manevr edib və həmin zolaqda hərəkət edən motosikletə çırpılıb. Zərbənin təsirindən moto sürücü idarəetməni itirərək yerə yıxılıb. Xoşbəxtlikdən o, xəsarət almayıb.
Kameralardan həmçinin motosikletçinin də qayda pozduğu – avtobus zolağında hərəkət etdiyi aydın görünür.
Qəza sonrası sürücülər arasında qısa dialoq yaranıb və motosikletçi “Prius” sürücüsünə zolağa baxmadan dönməsi ilə bağlı irad bildirib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 03 Dekabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















