Icma.az
close
up
RU
Psixoloq açıqladı: Cütlükləri xoşbəxt edən sadə vərdiş

Psixoloq açıqladı: Cütlükləri xoşbəxt edən sadə vərdiş

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mütəxəssislər, münasibətlərdə sevgi və bağlılığı canlı saxlamağın açarının böyük romantik jestlərdən deyil, gündəlik və kiçik paylaşımlardan keçdiyinə diqqət çəkir. Onların fikrincə, birlikdə qab yumaq kimi sadə ev işləri cütlüklərin xoşbəxtliyini əhəmiyyətli dərəcədə artıra bilər.

Sherg.az xəbər verir ki, davranış psixologiyası və münasibət məsləhətçiliyi sahəsində 12 ildən çox təcrübəyə malik Psixoloq Dr. Hannah Lavson bildirib ki, cütlüklərin gündəlik ev işlərini paylaşması münasibətdə etimad, hörmət və bağlılığı möhkəmləndirir. Onun sözlərinə görə, xüsusilə qab yumaq kimi sadə rutinlərin birlikdə yerinə yetirilməsi cütlüklərin bir-birlərinə daha yaxın və bərabər olduqlarını hiss etmələrini açar olur.


“Böyük jestlərdən daha təsirli ola bilər”


Dr. Lavson deyib: “Ən kiçik işləri belə paylaşmaq bir-birinizə bərabər olduğunuzu göstərir. Bu isə çox vaxt böyük romantik jestlərdən daha güclü təsir yaradır”. O, bu sadə, lakin təsirli vərdişin cütlüklərin ümumi xoşbəxtliyini orta hesabla 20 faiz artırdığını qeyd edib.

Lavson həmçinin bildirib ki, qab yuma işinin yalnız bir nəfərə həvalə olunması münasibətdə küskünlük və ədalətsizlik hissinə səbəb ola bilər. Onun fikrincə, birlikdə görülən ev işləri yalnız fiziki yükü azaltmır, həm də münasibəti emosional cəhətdən qidalandırır.


Etimad və hörməti artırır

Uzman qeyd edir ki, gündəlik qab yuma rutini cütlüklərə gün ərzində yaşadıqlarını paylaşmaq, plan qurmaq və fasiləsiz zaman keçirmək imkanı verir. Bu tip sadə paylaşımlar münasibətlərdə etimadı dərinləşdirir.


Birgə qab yumaq yalnız emosional deyil, eyni zamanda praktik faydalar da verir. Mətbəxdə gigiyenanın qorunması, zərərverici həşəratların qarşısının alınması və uşaqlara komanda işinin öyrədilməsi bu faydalar arasındadır. Bundan əlavə, su israfının qarşısının alınmasına da töhfə verdiyi bildirilir.

Dr. Lavson birlikdə qab yumağı “etimad, hörmət və güclü emosional bağla nəticələnən kiçik, gündəlik bir ritual” olaraq xarakterizə edir və bu vərdişin bir cəza kimi deyil, əyləncəli bir rutin kimi qəbul edilməli olduğunu vurğulayır.


Necə başlamaq olar?

Mütəxəssislər, birlikdə qab yumağa başlamaq istəyən cütlüklərə növbəli şəkildə iş bölgüsü etmək, musiqi ilə bu işi əyləncəli hala gətirmək və bir-birinin üsullarını tənqid etməkdən çəkinmək kimi tövsiyələr verirlər. Bu, təkcə ev işlərini deyil, həm də emosional rifahı yaxşılaşdıra bilər.

Dr. Lavsonun bu fikirləri vanna otağı və mətbəx həlləri təqdim edən Plumbvorld şirkəti ilə birgə aparılan bir araşdırma çərçivəsində ictimaiyyətlə paylaşılıb. 


Şirkətin sözçüsü isə belə deyib:

“Beş dəqiqəlik sadə bir rutin yalnız eviyinizi deyil, münasibətinizi də təmiz saxlaya bilər. Birlikdə qab yumaq, gigiyena və ədalət hissi ilə yanaşı, münasibəti də gücləndirir.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri