Icma.az
close
up
RU
Psixoloq açıqladı: Cütlükləri xoşbəxt edən sadə vərdiş

Psixoloq açıqladı: Cütlükləri xoşbəxt edən sadə vərdiş

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mütəxəssislər, münasibətlərdə sevgi və bağlılığı canlı saxlamağın açarının böyük romantik jestlərdən deyil, gündəlik və kiçik paylaşımlardan keçdiyinə diqqət çəkir. Onların fikrincə, birlikdə qab yumaq kimi sadə ev işləri cütlüklərin xoşbəxtliyini əhəmiyyətli dərəcədə artıra bilər.

News24.az Sherg.az-a istinadən xəbər verir ki, davranış psixologiyası və münasibət məsləhətçiliyi sahəsində 12 ildən çox təcrübəyə malik Psixoloq Dr. Hannah Lavson bildirib ki, cütlüklərin gündəlik ev işlərini paylaşması münasibətdə etimad, hörmət və bağlılığı möhkəmləndirir. Onun sözlərinə görə, xüsusilə qab yumaq kimi sadə rutinlərin birlikdə yerinə yetirilməsi cütlüklərin bir-birlərinə daha yaxın və bərabər olduqlarını hiss etmələrini açar olur.

“Böyük jestlərdən daha təsirli ola bilər”

Dr. Lavson deyib: “Ən kiçik işləri belə paylaşmaq bir-birinizə bərabər olduğunuzu göstərir. Bu isə çox vaxt böyük romantik jestlərdən daha güclü təsir yaradır”. O, bu sadə, lakin təsirli vərdişin cütlüklərin ümumi xoşbəxtliyini orta hesabla 20 faiz artırdığını qeyd edib.

Lavson həmçinin bildirib ki, qab yuma işinin yalnız bir nəfərə həvalə olunması münasibətdə küskünlük və ədalətsizlik hissinə səbəb ola bilər. Onun fikrincə, birlikdə görülən ev işləri yalnız fiziki yükü azaltmır, həm də münasibəti emosional cəhətdən qidalandırır.

Etimad və hörməti artırır

Uzman qeyd edir ki, gündəlik qab yuma rutini cütlüklərə gün ərzində yaşadıqlarını paylaşmaq, plan qurmaq və fasiləsiz zaman keçirmək imkanı verir. Bu tip sadə paylaşımlar münasibətlərdə etimadı dərinləşdirir.

Birgə qab yumaq yalnız emosional deyil, eyni zamanda praktik faydalar da verir. Mətbəxdə gigiyenanın qorunması, zərərverici həşəratların qarşısının alınması və uşaqlara komanda işinin öyrədilməsi bu faydalar arasındadır. Bundan əlavə, su israfının qarşısının alınmasına da töhfə verdiyi bildirilir.

Dr. Lavson birlikdə qab yumağı “etimad, hörmət və güclü emosional bağla nəticələnən kiçik, gündəlik bir ritual” olaraq xarakterizə edir və bu vərdişin bir cəza kimi deyil, əyləncəli bir rutin kimi qəbul edilməli olduğunu vurğulayır.

Necə başlamaq olar?

Mütəxəssislər, birlikdə qab yumağa başlamaq istəyən cütlüklərə növbəli şəkildə iş bölgüsü etmək, musiqi ilə bu işi əyləncəli hala gətirmək və bir-birinin üsullarını tənqid etməkdən çəkinmək kimi tövsiyələr verirlər. Bu, təkcə ev işlərini deyil, həm də emosional rifahı yaxşılaşdıra bilər.

Dr. Lavsonun bu fikirləri vanna otağı və mətbəx həlləri təqdim edən Plumbvorld şirkəti ilə birgə aparılan bir araşdırma çərçivəsində ictimaiyyətlə paylaşılıb. 

Şirkətin sözçüsü isə belə deyib:

“Beş dəqiqəlik sadə bir rutin yalnız eviyinizi deyil, münasibətinizi də təmiz saxlaya bilər. Birlikdə qab yumaq, gigiyena və ədalət hissi ilə yanaşı, münasibəti də gücləndirir.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 İyul 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see399

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see277

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see273

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see266

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see262

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see260

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see258

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see257

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see256

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see243

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see236

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see235

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see235

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see234

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see233

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see232

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see232

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see231

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri