Icma.az
close
up
RU
Psixoloq: Rəhmətə gedənin tam ölümünə əmin olunduqdan sonra orqan köçürülməsi yaxşı əməldir

Psixoloq: Rəhmətə gedənin tam ölümünə əmin olunduqdan sonra orqan köçürülməsi yaxşı əməldir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Orqan donorluğu və transplantasiyası sahəsində müasir Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səhiyyə Nazirliyinin tabeliyindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə Kliniki Tibbi Mərkəzdə müalicə alan pasiyentə beyin ölümü diaqnozunun qoyulmasına dair məlumat daxil olub. Mərkəz tərəfindən orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib.

Beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın orqanlarının transplantasiyasına ailəsi razılıq verib.

Belə ki, meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Mənzər Yaşar qızı Şərifovaya köçürülüb.

Gözün buynuz qişası Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ixtisaslaşmış cərrah-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov və peşəkar komanda tərəfindən iki resipiyentə köçürülüb. Onlardan biri Zaqatala, digəri isə Füzuli rayon sakinidir.

"Bildiririk ki, bu əməliyyatlar yalnız ölkəmizdə deyil, həmçinin Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası əməliyyatlarıdır",- məlumatda qeyd olunub.



Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, sevindirici haldır ki, nəhayət ki, bizim ölkədə də ölümdən sonra orqan köçürülməsinə icazə var:


“Əlbətdəki burada rəhmətə gedən şəxsin yaxınlarının razılığı nəzərə alınır. İnsan ölür və onsuzda məzarlıqda meyit çürüyür. Birdə var ki, hər hansısa vücud orqanların ilə birinin həyatını xilas etmiş olursan və sənə aid bir parça yaşamağa davam edir. Bəzi insanlar həkimlərə güvənmir. Hətta bəlkə rəhmətə gedən heç də ölməyəcəkdi, pul üçün orqanı satıb köçürmə edə bilərlər kimi fikirlər irəli sürülürlər. Amma bu proses məhz o xəstə insanlardan götürülür ki, xəstəliyi çarəsizdir, sağalması mümkün deyil, yaxud ağır qəzada həyatını itirib, amma hər hansısa orqanı 100% faiz sağlamdır və başqa həyat xilas edə bilər. İnkişaf etmiş ölkələrdə bəzi insanlar hətta hələ həyatda ikən, öldükdən sonra bütün orqanlarının köçürülməsini vəsiyyət edir. Düşünürəm ki, bu böyük bir addımdır. Mənə elə gəlir ki, narahat olunan bu məsələdən çox, digər məsələ var. Əslində insan öldükdən 3 gün sonra basdırılmalıdır. Çoxu buna din tərəfdən yanaşma edir ki, bu xristianlığa aiddir. Xeyr, bu tibbə aid məsələdir. İnsan kliniki ölüm keçirə bilir. Həm beyin, həm qəlb dayana bilir və 3 gündən sonra ayılma ehtimalı var. Amma nədənsə bizdə insan rəhmətə gedən kimi, nahara qədər tez- bazar basdırmağa tələsirlər. Üstəlik də yersiz atalar deyimi də var ki, “ ölünü özbaşına qoysan, kəfəni yırtar”. Bilmək olmaz bəlkə də neçə- neçə insanlar məzarda ayılıb. Məsələn, rəhmətlik Hüseyn Dəryanın avtomobil qəzasından bir gün sonra “ Morq” da ayılması kimi hallar, hələ bilmək olmaz nə qədər məzarlarda baş verib. Qısası rəhmətə gedənin tam ölümünə əmin olunduqdan sonra orqan köçürülməsi yaxşı əməldir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Fevral 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri