Psixoloq “Trendyol”dan şikayətləndi: “Məhsullar cırıq sökük, çatdırılma da həddindən artıq baha...”
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Əvvəllər “Trendyol”dan məhsul sifariş verirdim, amma iki aydır heç bir sifariş vermirəm. Çünki çatdırılma qiymətləri həddindən artıq artıb. “Airfryer” sifariş etmişdim, gördüm ki, Bakıda da endirimlə, təxminən, eyni qiymətə düşür. Halbuki “Trendyol”dan təkcə çatdırılma 24 manata başa gəldi”.
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Gülnar Orucova deyib.
“Eyni zamanda görmədiyim malı artıq almıram, çünki “Trendyol”dan məhsulların keyfiyyətsiz, cırıq-sökük gəlmə ehtimalı daha çox olur. Təkcə mən deyiləm, görürəm ki, son dönəmlər “Trendyol”dan məhsul alanlar da razı qalmırlar”, - psixoloq bildirib.
Aytəkin Qardaşova

Deputatlar “Azəriqaz”dan ŞİKAYƏTLƏNDİ
26 Noyabr 2024 13:07
“Trendyol”dan azərbaycanlı müştərilər üçün kampaniya Video
28 Noyabr 2024 17:53
“Trendyol”dan azərbaycanlı müştərilər üçün kampaniya VİDEO
28 Noyabr 2024 18:00
“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası
28 Noyabr 2024 17:55

