Əcdadlarımızın genetik sirri açıldı: Neandertallar deyilmiş:
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Alimlər insan təkamülü ilə bağlı olduqca maraqlı faktlar aşkar ediblər. Yuta Universitetinin tədqiqatçıları müasir insanın genofondunda naməlum qədim növün izlərinə rast gəliblər.
bioRxiv platformasında dərc olunan hesabatda qeyd olunur ki, genetikamızın təxminən beşdə bir hissəsi 1,3 milyon il əvvəl bizim xəttimizdən ayrılan qədim canlılardan gələ bilər.
Tədqiqat qrupu müasir insanların, neandertalların və denisovluların genetik variantlarını müqayisəli şəkildə təhlil edib. Məlum olub ki, "Homo sapiens" genomunun 19,6 faizi "superarxaik" adlandırılan populyasiyaya məxsusdur. Bu rəqəm neandertallardan miras qalan 2 faizlə müqayisədə kifayət qədər böyük göstəricidir.
Analizlər göstərir ki, qədim dövrlərdə ən azı iki fərqli qədim qrupla çarpazlaşma baş verib. Bu qruplardan biri Afrikada müasir insanların əcdadları ilə, digəri isə Avrasiyada neandertal və denisovluların əcdadları ilə qarışıb. Araşdırmaçılar bu sirli qohum roluna ən real namizəd kimi "Homo erectus" növünü görürlər. Həmin növ iki milyon il əvvəl Afrikanı tərk edərək geniş ərazilərə yayılmışdı.
Bu kəşf təsdiqlənsə, bəşəriyyətin yaranma tarixi daha mürəkkəb mənzərə alacaq. İnsan təkamülünün düz xətt üzrə deyil, bir neçə qədim populyasiyanın genetik mozayikasından formalaşdığı üzə çıxacaq. Alimlər hələlik bu genləri ötürən konkret növün adını tam dəqiqliklə çəkmirlər. Yekun nəticə üçün əlavə paleontoloji tapıntılara və daha geniş genetik analizlərə ehtiyac duyulur.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
bioRxiv platformasında dərc olunan hesabatda qeyd olunur ki, genetikamızın təxminən beşdə bir hissəsi 1,3 milyon il əvvəl bizim xəttimizdən ayrılan qədim canlılardan gələ bilər.
Tədqiqat qrupu müasir insanların, neandertalların və denisovluların genetik variantlarını müqayisəli şəkildə təhlil edib. Məlum olub ki, "Homo sapiens" genomunun 19,6 faizi "superarxaik" adlandırılan populyasiyaya məxsusdur. Bu rəqəm neandertallardan miras qalan 2 faizlə müqayisədə kifayət qədər böyük göstəricidir.
Analizlər göstərir ki, qədim dövrlərdə ən azı iki fərqli qədim qrupla çarpazlaşma baş verib. Bu qruplardan biri Afrikada müasir insanların əcdadları ilə, digəri isə Avrasiyada neandertal və denisovluların əcdadları ilə qarışıb. Araşdırmaçılar bu sirli qohum roluna ən real namizəd kimi "Homo erectus" növünü görürlər. Həmin növ iki milyon il əvvəl Afrikanı tərk edərək geniş ərazilərə yayılmışdı.
Bu kəşf təsdiqlənsə, bəşəriyyətin yaranma tarixi daha mürəkkəb mənzərə alacaq. İnsan təkamülünün düz xətt üzrə deyil, bir neçə qədim populyasiyanın genetik mozayikasından formalaşdığı üzə çıxacaq. Alimlər hələlik bu genləri ötürən konkret növün adını tam dəqiqliklə çəkmirlər. Yekun nəticə üçün əlavə paleontoloji tapıntılara və daha geniş genetik analizlərə ehtiyac duyulur.
İsmayıl
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Neandertallar danışa bilirdi? Genetik tapıntılar Bəli deyir
28 Aprel 2026 21:00
Neandertallar yox olmayıb genetik kodumuzun bir hissəsi olaraq qalır
19 Noyabr 2025 11:47
Neandertallar incəsənət yarada bilirdilərmi?
30 Oktyabr 2025 23:05
Neandertallar niyə yoxa çıxdılar?
29 Aprel 2026 09:23
“Mənəvi dəyərlərimiz əcdadlarımızın bizə əmanətidir”
30 Dekabr 2025 21:03
Baxış sayı:144
Bu xəbər 29 Mart 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















