PSJ ni məğlub edən məşqçi: Futbol məzarlığı favoritlərlə doludur”
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən gecə FIFA Klublararası Dünya Çempionatında “Botafoqo”nun PSJ üzərində qazandığı 1:0 hesablı qələbədən sonra braziliyalıların baş məşqçisi Renato Paiva emosional açıqlamalar verib.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının oyununun yüksək səviyyədə olduğunu vurğulayıb:
“PSJ-ni öz oyunları ilə məğlub etdik. Futbol intizamı, birlik və əzmkarlıq bu qələbənin əsas sirri oldu. Mən sadəcə oyunçularıma dedim ki, komanda kimi oynayın və futboldan zövq alın. Onlar da bunu etdilər.”
Paiva qeyd edib ki, futbolda favorit adının heç vaxt bir önəmi olmayıb:
“Futbol məzarlığı favoritlərlə doludur. Biz bu gün meydanda ulduz adlara yox, öz oyunumuza fokuslandıq və qalib gəldik.”
Paiva həmçinin bu qələbənin Braziliya futbolu üçün mühüm addım olduğunu bildirib və qarşıda duran mərhələlərə ciddi hazırlaşacaqlarını vurğulayıb.
DÇ: "Benfika" və "Bavariya" növbəti oyuna çıxırlar Morata İtaliyaya qayıda bilər Messidən unikal nailiyyət Adadan "Trabzonspor"a - 8 milyon avroluq transfer Mbappedən şad xəbər: "Real" açıqladı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 20 İyun 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















