Pul az, cərimə çox: Vətəndaş maaşı cəriməyə xərcləsin, yoxsa dolanışığa?
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son illər ölkədə davamlı olaraq müxtəlif sahələrdə cərimələr tətbiq edilir və miqdarı getdikcə artırılır.
Cərimələr isə müxtəlif sahələri əhatə edir. Məsələn, Azərbaycanda dəmiryol nəqliyyatında qaydaların pozulmasına görə cərimələr artırılıb. İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə əsasən, dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə cərimələr 200 manatdan 400 manata qaldırılıb.
Həmçinin hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə cərimələr 50 manatdan 100 manata qaldırılıb. Ötən il yol hərəkəti ilə bağlı aşkar olunmuş inzibati xətaların statistikasına gəldikdə Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilə yol hərəkəti ilə bağlı 7470078 inzibati xəta aşkar olunub.
Bildirilib ki, tətbiq olunmuş inzibati cərimələrin məbləği 245649,8 min manat olub. Digər cərimə isə 346-1.6-cı maddəyə görə enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə ilə bağlıdır.
Eyni zamanda 346-1.7-ci yeni maddəyə görə, velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat, xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimə olunur.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərdən sonra tütün məmulatların tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləği 6 dəfə artırılaraq 50 manatdan 300 manata çatdırılıb. Eyni zamanda, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.
Həmçinin hava nəqliyyatında tütün çəkməyə görə cərimə 5 dəfə artırılır. Layihəyə əsasən, hava nəqliyyatında tütün çəkməyə görə cərimə yüz manatdan beş yüz manata qaldırılıb.
Sosial şəbəkələrdə isə vətəndaşlarcərimələrlə bağlı etirazları bildirir və qeyd edirlər ki, maaş cərimələri ödəmək üçün kifayət etmir. Başqa sözlə, cərimələr əməkhaqqına adekvat deyil.
Məsələ ilə bağlı iqtisadçı-eksapert Natiq Cəfərli “Cebehinfo.az”-a açıqlamasında cərimələrin əməkhaqqına adekvat olmadığını təsdiqləyib:
“Cərimələrin təyinatının da bir məntiqi olmalıdır.
Ancaq nəyə görə bu cərimələrin tətbiq olunduğunu anlamaq mümkündür. Ona görə tətbiq olunur ki, büdcə gəlirləri ilə bağlı problemlər var. Daha çox cərimə tətbiq etməklə, vergiləri və cərimələri artırmaq yolu ilə büdcədə yaranacaq problemlərin bir qisminin həllini düşünürlər. Bu, doğru yoldurmu?
Bunu zaman göstərəcək. Mənim fikrimcə, doğru yol deyil. Belə addımlarla, büdcə gəlirləri ilə bağlı fundamental problemləri həll etmək mümkün deyil”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Cərimə maaş Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















