Icma.az
close
up
RU
“Pul azlığından bir aktyora 4 5 rolun səsləndirilməsi tapşırılır” FOTO+ÖZƏL

“Pul azlığından bir aktyora 4 5 rolun səsləndirilməsi tapşırılır” FOTO+ÖZƏL

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“O vaxt birinci kursda oxuyanda Mikayıl Mirzə bizim səhnə danışığı müəllimimiz idi. Belə baxdı uşaqlara, bir-iki nəfəri seçdi, dedi ki, “sizin səsiniz qurulmuş səslərdir”. Kim çalışqandır, kim öz üzərində işləyir onlar qurdular səslərini. Dublyaj 3 şeydən ibarətdir. Baxırsan monitora görüntünü görürsən, qulağında orijinal filmin səsi gəlir, bir də mətnə baxırsan. Üçünü ümumiləşdirib bir mükəmməl səs dəyişməsi əldə edə bilərsən. Hər aktyor bunu bacarmır. Elə vaxt olur ki, səsini incələşdirirsən, səsini qalınlaşdırırsan. Dublyajda bütün bunlar əsasdır”.

Bunu Moderator.az-a açıqlamasında Milli Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, uzun illər dublyaj sahəsində çalışan Yasəmən Malik deyib.

O daha sonra bu sahədəki çatışmazlıqlardan da bəhs edib:

“Dublyaj bizdə tərcümədən başlayır. Tərcümə  yerli-yerində olanda aktyor da oturub özü üçün rahat dublyaj edir. Tərcümə zəif olanda, biz məcburuq ki, həmin cümlələri orada, yerindəcə ya uzadaq, ya da qısaldaq. O vaxt texnika inkişaf etməmişdi, alt səsləri yığışdıra bilmirdilər. Bu gün texnika inkişaf edib, alt səsləri yığışdıra bilirlər.  Amma bəzən də görürsən ki, o gözəl, peşəkar dublyajçıdır, amma onu bu obraza çağırmamalı idilər. Bu obrazda ruh, səs başqadır. Tanışlıqla çağırıblar. Peşəkar dublyajçılar heç vaxt istəməzlər ki, dublyaj pis olsun. Biz ekrandan filmlərə baxanda o dəqiqə səhvləri görürük. Yaxşı olardı ki, bu sahəyə çox pul sərf etsinlər ki, bir aktyora məcbur olub 4-5 rol verməsinlər. Qıraqdan aktyorları da çağırsınlar. Pul azlığına görə bunu edirlər. Mən başa düşürəm. O işlərdə yenə də maddiyat kömək edir, işin keyfiyyəti gözəlləşir. Nə qədər bir aktyor peşəkar olsa da, müxtəlif obrazları səsləndirsə də, başqa bir aktyor gələndə, həmin rola gücünü sərf edəndə, o rol daha keyfiyyətli alınacaq”, - deyə aktrisa bildirib.

Yasəmən Malik həmçinin onu da bildirib ki, kinoteatrlarda filmlərin dublyaj yox, subtitrlar vasitəsilə nümayişi bir çox hallarda izləyicilərin fikrini yayındırır və bu da onların haqlı narazılığına səbəb olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri