Pulsuz da versələr, bizə lazım deyil millinin sabiq forvardı haqda
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Rubin”in prezidenti Marat Safiullin klubun Rusiya millisinin sabiq forvardı Artyom Dzyuba ilə müqavilə imzalamaq planlarının olmadığını bildirib.
Sportal.az xəbər verir ki, klub rəhbəri Dzyubanın Kazan təmsilçisinə keçəcəyi ilə bağlı yayılan xəbərləri yalanlayıb. "Çempionat.com"a danışan Safiullin rus hücumçuya ehtiyac duymadıqlarını sərt formada bildirib.
- “Spartak”a keçən Dakunu “Rubin”də kim əvəz edə bilər?
- Düşünürəm ki, təəssüf ki, bu günlərdə Dakunu əvəz etmək çox çətindir.
- Məsələn, Artem Dzyuba..
- Şərh vermək istəmirəm. Artyom Dzyuba nədir? Nə danışırsınız?
- Niyə?
- Pulsuz da versələr, bu futbolçu bizə lazım deyil.
Təcrübəli hücumçunun “Akron”la müqavilə müddəti bitdikdən sonra hazırda azad agentdir. Qeyd edək ki, 37 yaşlı forvard “Spartak” (Moskva), “Tom”, “Rostov”, “Zenit”, “Arsenal” (Tula), “Adana Demirspor”, “Lokomotiv” (Moskva) klublarında çıxış edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 21 Avqust 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















