Icma.az
close
up
RU
“Pulsuz” təhsil dünyanın heç yerində yoxdur” Nazir

“Pulsuz” təhsil dünyanın heç yerində yoxdur” Nazir

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hər bir müsahibədə Elm və Təhsil Nazirliyi olaraq müəyyən məqamlara toxunaraq təhsil sahəsində ictimai müzakirəni canlandırmağa çalışırıq və dövlət qurumu olaraq belə müzakirələri faydalı hesab edirik. Demək olar ki, hər müsahibədən sonra söylənilən fikirlərin bəzilərinin kontekstdən çıxarılaraq yanlış məcraya yönəldilməsinin də şahidi oluruq ki, bu da özü-özlüyündə müzakirənin səmərəliliyinə xələl gətirir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında yazıb. 

“Bunun qəsdən və ya bilməzlikdən baş verməsini bir kənara qoyub keçirəm mətləbə – yəni son müsahibədə ali təhsil xərcləri ilə bağlı söylənilən fikirlərin təkrar şərhinə. Söylədiyim fikir bundan ibarət idi ki, Azərbaycanda 1 tələbəyə düşən təhsilhaqqı (oxu: təhsil xərcləri) inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Təhsilhaqqının aşağı olması sosial nöqteyi-nəzərdən nə qədər müsbət qarşılansa da, ümumilikdə təhsilin keyfiyyətinə təsir edən amildir. Yəni təhsil də digər sahələrdə olduğu kimi investisiya tələb edir və ya təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biri də maliyyələşmədir. Çünki ali təhsil sistemində müəllimlərin əməkhaqqısı, maddi-texniki baza, tədqiqatlar və digər məsələlər bu xərclərdən asılıdır. Bu fikirlərə şərh bildirən bəzi vətəndaşlar bir sıra ölkələrdə təhsilin “pulsuz” olduğunu vurğulayaraq söylənilən fikirlərin yumşaq desək, həqiqəti əks etdirmədiyini iddia edirlər. Kimlərsə şərh yazdı, kimlərsə qınadı, kimlərsə də poster düzəldib onu geniş kütləyə yaymağa çalışdı. İşin əsli necədir?

Əvvəla, “pulsuz” təhsil dünyanın heç yerində yoxdur. Təhsil həmişə ödənişlidir. Misal kimi göstərilən Avstriya, Almaniya və Fransa kimi ölkələrdə ali təhsilin bakalavr pilləsində illik təhsil xərci 10,000-18,000 avro (alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla) təşkil edir. Avstriyada və ya Fransada tələbənin ödədiyi 500-1000 avro məbləğ isə 1 semestr üçün qeydiyyat haqqıdır, yəni təhsilhaqqı deyil. Başqa sözlə, bu ölkələrdə təhsilhaqqı (və ya xərci) aşağı deyil, bu xərc müəyyən sayda vətəndaş üçün dövlət tərəfindən qarşılanır. Sadəcə, vətəndaşların heç də hamısı ali təhsilli olmaq istəmir. Təxminən 40-60% məzun peşə təhsili alır. Yazdıqlarımın təsdiqi və daha ətraflı məlumat üçün aşağıdakı linkə baxa bilərsiniz.” 

Nazir həmçinin beynəlxalq təcrübəni ölkəmizlə müqayisə edib: “Bəs ölkəmizdə bu məsələlər necədir? Azərbaycanda da müəyyən sayda vətəndaş (hər il bakalavr pilləsi üzrə qəbul olunanların yarıdan çoxu, təxminən 30,000 nəfərdən çox tələbə) təhsilini dövlət hesabına alır və ya başqa sözlə "pulsuz" oxuyur. Bu say dövlət sifarişi əsasında maliyyələşdirilir. Başqa sözlə, dövlət iqtisadiyyatın gələcək ehtiyaclarını təhlil edərək zəruri sayda vətəndaşın təhsilini öz üzərinə götürür. Bəzi ixtisaslar (məs: tibb, kənd təsərrüfatı ixtisasları) tamamilə dövlət sifarişi əsasında maliyyələşir, çünki bu ixtisaslara ciddi ehtiyac görünür. Eyni zamanda tədricən keyfiyyət artımına nail olmaq üçün hər il SABAH proqramı çərçivəsində bir sıra ixtisaslar üzrə dövlət sifarişi məbləği qədər vəsait də təhsil xərcinə əlavə olunur. İkili diplom proqramları, digər ölkələrlə birgə universitetlərdə tədris edilən proqramlar da dövlət sifarişi ilə müqayisədə daha yüksək xərclərə başa gəlir. Məlumat üçün qeyd edim ki, bu tip proqramlarda təhsil xərcləri inkişaf etmiş ölkələr ilə müqayisə edilə biləndir.

Sual verə bilərsiniz ki, bəs Azərbaycanda niyə ödənişli təhsil də mövcuddur? Bu məqam daha çox ali təhsilə olan tələbatla bağlıdır – ölkədə az qala hamı ali təhsil almaq istəyir və ya hüquqşünas olmaq istəyənlərin sayı əmək bazarında ehtiyac olan hüquqşünasların sayından çoxdur. Dövlət isə yalnız zəruri hesab etdiyi sayda vətəndaşı maliyyələşdirir. Nümunə olaraq hüquqşünaslıq ixtisası ilə davam edək: dövlət sifarişi əsasında hər il 600 nəfər tələbə maliyyələşdirilir və ya “pulsuz” oxuyur. Bununla belə hüquqşünaslıq ixtisasına əlavə olaraq 895 nəfər də ödənişli əsasda qəbul olunur. Bu 895 nəfərin topladığı bal onların dövlət sifarişi əsasında (ödəniş etmədən) digər ixtisaslarda oxumasına imkan versə də, onlar ödənişli əsasda hüquqşünas ixtisasını seçirlər. Yəni bir çox abituriyent var ki, onlar öz vəsaitləri hesabına arzu etdikləri ixtisaslarda oxumağı ödənişsiz (dövlət hesabına) təhsildən daha üstün tuturlar”.

Nazir əlavə edib ki, dövlət sifarişinin dəyəri mərhələlərlə artırılsa da, bir çox ixtisaslar üzrə vətəndaşın ödədiyi vəsait dövlət sifarişindən daha aşağıdır: “Başqa sözlə, Azərbaycanda ali təhsil müəssisələrində kompüter mühəndisi, maliyyə mütəxəssisi və ya inşaat mühəndisi olmaq üçün illik təhsilhaqqı 1500-2000 AZN təşkil edir. Mənim arqumentim budur ki, bu məbləğə keyfiyyətli, qlobal rəqabətə davam gətirəcək mütəxəssis hazırlamaq mümkün deyil. Yəni əgər keyfiyyətli İT mütəxəssisinin aylıq əməkhaqqısı 2,500-5,000 azn təşkil edirsə, məzun bütün təhsilinə xərclədiyi vəsaiti (2,000 AZN x 4 il = 8,000 azn) 3-4 aya geri qaytarır. Maliyyədən bir az anlayışı olan adamlar başa düşərlər ki, heç bir investisiyadan belə gəlirlilik səviyyəsi mümkün deyil. Başqa sözlə, çox aşağı qiymətə olan təhsilin yekun nəticəsi ən yaxşı halda diplom ola bilər. 

Bütün bunları deməkdə məqsəd nə idi? Məqsəd heç də ali təhsil müəssisələrində təhsilhaqlarını qaldırmaqla bağlı deyil. Niyyət bu reallığı konstruktiv müzakirə etməkdir. Reallıq odur ki, dövlət sifarişi, SABAH qrupları, ikili diplom proqramları, digər ölkələrlə birgə universitet modelləri çərçivəsində təhsil alan tələbələrin təhsilhaqları (xərcləri) dövlət tərəfindən qarşılanır. İqtisadiyyat üçün ehtiyac olan saylar bu yol ilə maliyyələşir. Dövlət bu istiqamətdə mərhələlərlə maliyyələşməni artırır. Daha çox insan ali təhsil almaq arzusunda olduğundan bu şəxslərə ödənişli əsaslarla da ali təhsil almaq imkanı yaradılılır. Ödənişli təhsil üzrə təhsilhaqqının aşağı olması qısa müddətdə həmin tələbə üçün rahat görünsə də, uzun müddətdə nə onun özü üçün, nə də cəmiyyət üçün faydalı bir şeylə nəticələnmir.

Elm və Təhsil Nazirliyi olaraq biz daha çox Azərbaycan vətəndaşının ali təhsil almasının tərəfdarıyıq. Amma saylarla yanaşı keyfiyyəti də düşünmək lazımdır. Keyfiyyət həm kəmiyyətə, həm maliyyəyə, həm ümumi təhsilin keyfiyyətinə, həm də digər amillərə bağlıdır. İnanırıq ki, uzun müddətdə, mərhələlərlə bu amillərin ortaq balansını tapa bilərik – buna zaman lazımdır. Vətəndaşlara isə mesaj ondan ibarətdir ki, bəzi hallarda keyfiyyətsiz ali təhsil diplomu almaq əvəzinə keyfiyyətli peşə təhsili almaq seçimini də düşünsünlər. 
Bu tip müzakirələrdə yəqin ki, ən asan məsələ sosial mediada əsassız şərh yazmaqdır. Amma şərhlər, mövqelər hansısa faktlara və tutarlı arqumentlərə əsaslanmalıdır. Təhsil siyasəti kifayət qədər mürəkkəb sahədir, qərarların verilməsi həmişə hansısa çətin seçimlərdən keçir. Tələbənin ödədiyi qeydiyyat haqqını təhsil xərci kimi başa düşmək və onu cəmiyyətə xəbər kimi təqdim etmək yanlış və çox dayaz mövqe nümayişidir. Belə mövqe nə vətəndaşımızı, nə də ölkəmizi irəli aparır. Bizim isə məqsədimiz inkişaf və tərəqqidir”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyun 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri