Icma.az
close
up
RU
Pulu Suriyaya sədəqə kimi göndərirdik Məhkəmə

Pulu Suriyaya sədəqə kimi göndərirdik Məhkəmə

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Aytən İsayeva deyib ki, təqsirləndirilən şəxslərdən Xəqani Ömərovu tanıyır: “Xəqani qardaşımın qaynıdır. Mən 2013-cü ildə qızımla Suriyaya getmişdim, 2023-cü ildə oradan qayıtmışıq. Suriyada olanda ehtiyac olduğu üçün Xəqani bizə yardım göndərirdi. Xəqaninin Azərbaycanda hansı işlə məşğul olduğunu bilmirdim”.

Şahid Məlahət Mustafayeva da deyib ki, təqsirləndirilən şəxslərdən Xəqani Ömərovu tanıyır. Şahidin sözlərinə görə, cinayət işində adı hallanan Elşən Mustafayev onun oğludur.

“Biz Suriyaya getmişdik, bir il qalandan sonra qayıtmaq istəyirdik. Elşən Azərbaycan vətəndaşıdır. Suriyadakı evi 11 min 500 dollara satmışdıq. Xəqani ilə Elşən arasında razılaşma var idi. Bu razılaşmaya görə Xəqani bizə satılan evin qarşılığında 30 min manata yaxın pul vermişdi. Qalan məbləğin haradan gəldiyini bilmirəm”, – deyə şahid bildirib.

Təqsirləndirilən Xəqani Ömərov deyib ki, onlara verdiyi 30 min manatın müəyyən hissəsini tanımadığı adamlar sədəqə kimi onun kart hesabına atıb.

Həmçinin oxuyun:

DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış…

Prosesdə ifadə verən şahid Zəminə Adıgözəlova deyib ki, təqsirləndirilən şəxslərin heç birini tanımır: “Biz 10 il Suriyada yaşamışıq. Mənə kart göndərmişdilər, həmin karta yardım məqsədilə 100 manat pul göndərmişdim. Kart Aytən İsayevaya məxsus idi. Biz də Suriyada olanda yardım üçün 300-400 dollar göndərilmişdi. Bu pula ərzaq alıb ehtiyacı olan şəxslərə paylayırdıq. 2021-ci ildə yoldaşım orada vəfat etdi, 2022-ci ildə Azərbaycana qayıtdıq. Biz qayıdanda da Suriyada müharibə davam edirdi”.

Şahid İsmayıl Məmmədov deyib ki, Xəqani Ömərovun kartına ayrı-ayrılıqda 350 və 900 manat pul köçürüb: “Onu tanımıram. Pulu da sədəqə kimi köçürmüşdüm. Ümumilikdə 1250 manat pul göndərmişdim. Bu kartı Sultan adlı bir gənc vermişdi. Atdığım pulların hansı təyinatla xərcləndiyini soruşmadım”.

Prosesin sonunda təqsirləndirlən Xəqani Ömərov ev dustaqlığına buraxılması üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti iclas sentyabrın 16-na təyin edilib.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

Onlara qarşı AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Avqust 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri