Icma.az
close
up
RU
Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi: Pulu Suriyaya sədəqə kimi göndərirdik

Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi: Pulu Suriyaya sədəqə kimi göndərirdik

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Aytən İsayeva deyib ki, təqsirləndirilən şəxslərdən Xəqani Ömərovu tanıyır: "Xəqani qardaşımın qaynıdır. Mən 2013-cü ildə qızımla Suriyaya getmişdim, 2023-cü ildə oradan qayıtmışıq. Suriyada olanda ehtiyac olduğu üçün Xəqani bizə yardım göndərirdi. Xəqaninin Azərbaycanda hansı işlə məşğul olduğunu bilmirdim".

Şahid Məlahət Mustafayeva da deyib ki, təqsirləndirilən şəxslərdən Xəqani Ömərovu tanıyır. Şahidin sözlərinə görə, cinayət işində adı hallanan Elşən Mustafayev onun oğludur.

"Biz Suriyaya getmişdik, bir il qalandan sonra qayıtmaq istəyirdik. Elşən Azərbaycan vətəndaşıdır. Suriyadakı evi 11 min 500 dollara satmışdıq. Xəqani ilə Elşən arasında razılaşma var idi. Bu razılaşmaya görə Xəqani bizə satılan evin qarşılığında 30 min manata yaxın pul vermişdi. Qalan məbləğin haradan gəldiyini bilmirəm", - deyə şahid bildirib.

Təqsirləndirilən Xəqani Ömərov deyib ki, onlara verdiyi 30 min manatın müəyyən hissəsini tanımadığı adamlar sədəqə kimi onun kart hesabına atıb.

Prosesdə ifadə verən şahid Zəminə Adıgözəlova deyib ki, təqsirləndirilən şəxslərin heç birini tanımır: "Biz 10 il Suriyada yaşamışıq. Mənə kart göndərmişdilər, həmin karta yardım məqsədilə 100 manat pul göndərmişdim. Kart Aytən İsayevaya məxsus idi. Biz də Suriyada olanda yardım üçün 300-400 dollar göndərilmişdi. Bu pula ərzaq alıb ehtiyacı olan şəxslərə paylayırdıq. 2021-ci ildə yoldaşım orada vəfat etdi, 2022-ci ildə Azərbaycana qayıtdıq. Biz qayıdanda da Suriyada müharibə davam edirdi".

Şahid İsmayıl Məmmədov deyib ki, Xəqani Ömərovun kartına ayrı-ayrılıqda 350 və 900 manat pul köçürüb: "Onu tanımıram. Pulu da sədəqə kimi köçürmüşdüm. Ümumilikdə 1250 manat pul göndərmişdim. Bu kartı Sultan adlı bir gənc vermişdi. Atdığım pulların hansı təyinatla xərcləndiyini soruşmadım".

Prosesin sonunda təqsirləndirlən Xəqani Ömərov ev dustaqlığına buraxılması üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti iclas sentyabrın 16-na təyin edilib.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

Onlara qarşı AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Avqust 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri