Icma.az
close
up
RU
Pulu Almaniyadan qardaşının göndərdiyini demişdi Məhkəmə işi

Pulu Almaniyadan qardaşının göndərdiyini demişdi Məhkəmə işi

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Müdafiə Nazirliyinin (MN) tabeliyindəki hərbi hissədə mənimsəməyə görə tutulan sabiq maliyyə xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un məlumatına görə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. 

Belə ki, şahid qismində ifadə verənlərdən biri də təqsirləndirilən şəxsin bacanağı Soltan Soltanlı olub. 

O deyib ki, Vahid Novruzlu ondan bank rekzivitlərini istəyib:

“Vahid qardaşının Almaniyadan pul göndərəcəyini dedi. Hərbi qulluqçu olduğu üçün o qədər pulu kartına qəbul edə bilməyəcəyini dedi. Ona görə də bank rekzivitlərini ona göndərdim. Kartıma 3150 manat pul köçdü. Pulu nağdlaşdıraraq Vahidə verdim”.

Prosesdə ifadə verən müttəhimin qaynı Nicat Vəlizadənin sözlərinə görə, Vahid Novruzlu onu hərbi hissənin hospitalında qazanxanaya mülki işçi kimi işə düzəldib:

“Qazanxanada mülki işçi kimi çalışırdım. Vahid bir gün mənə dedi ki, sənin kartına pul gələcək, onu nağdlaşdırıb mənə verərsən. Mən də hesabıma gələn 3917 manat pulu nağdlaşdırıb ona verdim”.

Şahid Eşqin Həsənovun sözlərinə görə, Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə maliyyə xidmət rəisinin köməkçisi vəzifəsində işləyir. 

"Vahid Novruzlu mənim bölmə rəisim olub. Sözügedən məsələdən xəbərim olmayıb. O, mənə qardaşının Almaniyadan pul göndərəcəyini bildirərək Şaiq Bayramovun kart məlumatlarını almağımı istədi. Mən də həmin hesabdan 2 min 633 manat pul çıxarıb Vahid Novruzluya verdim".

Şahid Füzuli Ələkbərli deyib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində mühasib vəzifəsində işləyir. Şahidin sözlərinə görə, tanışı Elşən Salamov zəng edərək onun kartına pul göndərildiyini deyib. 

"Kartıma 3 min manat pul gəlmişdi. Mən də həmin pulu Elşənin kartına göndərdim. Bu pulun Vahid Novruzluya çatacağını bilmirdim", - şahid deyib. 

Dövlət ittihamçısı şahidə bu pulların haradan gəlməsi ilə bağlı Elşən Salamovdan hər hansı bir məlumat alıb-almadığını soruşub. Şahid Füzuli Ələkbərli deyib ki, Elşən Salamov onun tanışı olduğu üçün bir neçə dəfə kartına pul gəlib və ondan bu pulların haradan gəldiyini soruşmayıb. 

Daha sonra bir neçə şahidin məhkəməyə ünvanladığı müraciət elan olunub. Onlar prosesə gələ bilməyəcəklərini və ibtidai istintaqa verdikləri ifadələrini təsdiqlədiklərini bildiriblər. 

Təqsirləndirilən şəxs sözügedən şahidlərin prosesə gəlməməsinə etiraz etməyib və onların ibtidai istintaqa verdiyi ifadələri ilə razı olduğunu deyib. 

Hakim Fikrət Əliyev deyib ki, şahidlər məhkəməyə çağırılıbsa, onların prosesdə iştirakı zəruridir. Belə ki, həmin şahidlərin prosesə məcburi gətirilməsi ilə bağlı qərar qəbul olunub. 

Məhkəmənin növbəti iclası aprelin 11-ə təyin olunub. 

Qeyd edək ki, sabiq maliyyə xidmət rəisi barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsinin vəsatəti əsasında həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 333.4 (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Vahid Novruzlu müxtəlif yolarla işlədiyi bir hərbi hissədən 848 min 338 manat mənimsəyib. 

İttihamda qeyd olunub ki, Vahid Novruzlu işlədiyi digər hərbi hissədə hərbi xidmətdə olmayan şəxslərin plastik kartlarına vəsait köçürüb. O həmin hərbi hissədən də müxtəlif yollarla 381 min 755 manat mənimsəməkdə təqsirləndirilib.

Təqsirləndirilən şəxs Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə DTX-nin apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

V. Novruzlu Müdafiə Nazirliyini mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesində şahid qismində ifadə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Aprel 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri