Icma.az
close
up
RU
Vətən müharibəsinin Göyçaydan olan ilk şəhidi Zamiq Əhmədovun xatirəsi anılıb

Vətən müharibəsinin Göyçaydan olan ilk şəhidi Zamiq Əhmədovun xatirəsi anılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Göyçay , 30 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçay rayonunun Ləkçılpaq kəndində Vətən müharibəsinin ilk şəhidi, igid döyüşçü Zamiq Çingiz oğlu Əhmədovun əziz xatirəsi yad olunub. Şəhidin şəhadətə ucalmasının 5-ci ildönümü münasibətilə keçirilən anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, RİHB-nın Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəsmiləri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin nümayəndələri, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində şəhidin məzarı ziyarət edilib, üzərinə gül-çiçək dəstələri düzülüb. Onun ruhuna dualar oxunub, qəhrəmanlıq yolundan söz açılıb. Qeyd olunub ki, Zamiq Əhmədov kimi oğulların fədakarlığı nəticəsində Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atıb.

Şəhidin həyat və döyüş yolu bir daha yada salınıb. Bildirilib ki, Zamiq Əhmədov 1987-ci ildə Göyçay rayonunun Ləkçılpaq kəndində dünyaya göz açıb. O, 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə cəlb edilib. Zamiq Əhmədov Vətən müharibəsinin ilk günlərində Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Mərasim iştirakçıları şəhidin ailəsinə dərin hörmət və ehtiramlarını ifadə edərək qeyd ediblər ki, Zamiq Əhmədov kimi qəhrəmanlar xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq, onların şücaəti gələcək nəsillərə örnək olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri