Icma.az
close
up
RU
Pulun kartda qalması təhlükəsizdir, yoxsa hesabda saxlamaq?

Pulun kartda qalması təhlükəsizdir, yoxsa hesabda saxlamaq?

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elektron ödənişlərin artması fonunda vətəndaşlar arasında bir sual tez-tez gündəmə gəlir: pulun kartda saxlanılması daha təhlükəsizdir, yoxsa bank hesabında? AzPost-un məlumatına görə, mövzu ilə bağlı aparılan müqayisə göstərir ki, hər iki variantın öz üstünlükləri və riskləri mövcuddur.

Maliyyə ekspertləri bildirirlər ki, kartın əsas funksiyası ödəmə vasitəsi olmaqdır. Kartlar gündəlik alış-veriş, onlayn əməliyyatlar və bankomat çıxarışları üçün nəzərdə tutulur. Bu səbəbdən, kart məlumatları oğurlandıqda və ya kart itirildikdə hesabdakı vəsait risk altında qala bilər.

Kartda pul saxlamağın təhlükələri:

Kart məlumatlarının sosial mühəndislik yolu ilə ələ keçirilməsi;

Saxta SMS-lər və ya linklər vasitəsilə kart üzrə icazəsiz əməliyyatlar;

Kartın itməsi və ya oğurlanması zamanı operativ bloklanmazsa vəsaitin çıxarılması;

Kartın internet əməliyyatlarına açıq olması səbəbindən əlavə risklərin yaranması.

Mütəxəssislər hesabda vəsait saxlamağı daha təhlükəsiz variant sayırlar. Çünki bank hesabı kart qədər aktiv istifadə olunmadığı üçün risklər daha aşağıdır. Hesabda olan pul yalnız bankın müəyyən etdiyi əməliyyatlar vasitəsilə çıxarıla bilər və icazəsiz müdaxilə ehtimalı daha azdır.

Hesabda saxlamanın üstünlükləri:

Kart məlumatı olmadan hesaba toxunmaq mümkün deyil;

Hesaba giriş yalnız təsdiqlənmiş kanallar vasitəsilə aparılır;

Hesabdan hesab əməliyyatlarına əlavə təhlükəsizlik mərhələləri tətbiq olunur;

Hesabda saxlanan vəsait kart kimi gündəlik risklərə açıq olmur.

Bununla belə, ekspertlər vətəndaşlara hər iki halda təhlükəsizlik qaydalarına əməl etməyi məsləhət görürlər. Kartdan istifadə edərkən SMS-lərə və şübhəli linklərə daxil olmamaq, mobil bankçılığı yalnız rəsmi mənbələrdən yükləmək, kartı itirdikdə dərhal bloklamaq tövsiyə edilir. İri məbləğlərin isə kartda deyil, bank hesabında saxlanması daha məqsədəuyğun sayılır.

Mütəxəssislərin rəyinə görə, ən təhlükəsiz variant kart və hesabdan məqsədinə uyğun şəkildə istifadə etməkdir – gündəlik xərclər üçün kart, yığım və əsas məbləğ üçün isə bank hesabı.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Noyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri