Qidanı necə saxlamaq və qızdırmaq daha təhlükəsizdir?
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Plastik qabda saxlanılan və daha sonra istifadə edilən yeməklər sağlamlığa ciddi zərər verə bilər".
Redaktor.az xəbər verir ki, bunu rusiyalı mütəxəssis Denis Prokofyev "Abzats" nəşrinə açıqlamasında bildirib.
Həkim qeyd edib ki, "Plastik qab yalnız qida daşımaq üçün istifadə edilə bilər. Digər hallarda həmişə şüşə qablar seçmək daha yaxşıdır.
Plastik qabların müntəzəm istifadəsi orqanizmin intoksikasiyasına gətirib çıxara bilər ki, bu da sinir sisteminə və mədə-bağırsaq traktına mənfi təsir göstərir. Həmçinin ümumi zəhərlənməyə səbəb ola bilər.
Yeməyin qızdırılması üçün tam təhlükəsiz plastik qablar mövcud deyil".
O əlavə edib ki, plastik qabda yeməyin mikrodalğalı sobada qızdırılması orqanizmə zərərli təsiri əhəmiyyətli dərəcədə artırır. Onun sözlərinə görə, yeməyi sobada qızdırmaq və ya xüsusi termoslarda saxlamaq və daşımaq daha təhlükəsizdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 13 Mart 2026 01:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















