Puqaçovanın Rusiyada qazancı məlum oldu: Müğənni ölkədən xaricə nə qədər pul köçürür?
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Rusiyalı müğənni Alla Puqaçova ölkədə olmamasına baxmayaraq, Rusiya bank hesablarına 105 min rubldan çox (təxminən 2 245 manat) pul daxil olub. Söhbət onun xüsusi nailiyyətlərinə, o cümlədən "Xalq artisti" adı və dövlət mükafatlarına görə aldığı təqaüddən gedir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, müğənninin 105 min rubldan çox olan təqaüdünə "Xalq artisti" adına görə kompensasiya (41 995 rubl - 898 manat), medal üçün əlavə ödəniş (29 min rubl - 620 manat) və müxtəlif federal müavinətlər daxildir.
Ümumilikdə, bank faizləri hesablamadan təkcə pensiya ildə 1.2 milyon rubldan (26 min manat) çox təşkil edir. Puqaçova pullarını əvvəlcə bank hesablarında toplayır, sonra isə xaricə köçürür. Tranzaksiyalardan biri 46 milyon rubla (992 min manat) həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 15 Oktyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















