Icma.az
close
up
RU
Püşk millimiz üçün nə vəd edir? DƏYƏRLƏNDİRMƏ

Püşk millimiz üçün nə vəd edir? DƏYƏRLƏNDİRMƏ

Fanat saytına istinadən Icma.az xəbər verir.

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atıldı. Azərbaycan millisi də ilyarım sonra okeanın o tayında, Amerikanın üç ölkəsində keçiriləcək mundialın seçmə mərhələsindəki rəqiblərini tanıdı. Sözsüz ki, ABŞ, Meksika və Kanadaya yollanmağı xəyal belə etmirik. Hətta seçmə mərhələnin nəticəsini də yığmamız üçün öncədən proqnozlaşdırmaq - təəssüf ki, bədbin notlara kökləməklə - olar. Bu baxımdan, bugünkü püşkün nəticəsini həm uğursuz, həm də nisbətən uyğun hesab etmək mümkündür...

İsveçrədə baş tutan püşkatmanın yekununda yığmamızın bəxtinə Fransa – Xorvatiya cütünün qalibi, o cümlədən Ukrayna və İslandiya düşdü. Ən güclülərin yer aldığı səbətdən seçilən Fransa və ya Xorvatiyadan hansı ilə qarşılaşmağımızın elə də önəmi yoxdur. Hər ikisi yığmamızın tarixinə ən uğursuz rəqib kimi düşüb. Fransanı "Oser faciəsi"ndən (0:10) xatırlayırıqsa, Xorvatiya 10 il əvvəl Osiyekdə Berti Foqtsun qovulmasına yol açan 0:6 hesablı darmadağının müəllifidir. Düzdür, elə həmin seçmə mərhələdə Bakıdakı oyunda Robert Prosineçkinin rəhbərliyi altında xorvatlardan xal almağı (0:0) bacarmışdıq. Amma artıq "qatar getmişdi". AÇ-2020-də yenidən yollarımız kəsişmiş, Bakıda 1:1 oynamış, səfərdə 1:2 uduzmuşuq. Təmkin Xəlilzadənin vurduğu qolla bərabərliyi təmin etdiyimiz Bakıdakı görüş də yumşaq desək, xorvatların digər həmyerliləri Nikola Yurçeviçin Azərbaycanda "yerini möhkəmləndirmək" baxımından hədiyyə idi. Əlqərəz, Santuşun komandası istər Fransaya, istərsə də Xorvatiyaya müqavimət göstərmək gücündə deyil. "Xoruzlar" nəinki qrupumuzun (potensial), ümumiyyətlə DÇ-nin favoritidir. Xorvatlarda nəsildəyişmə getsə də, onlar bu prosesi sürətlə keçir. Sözügedən millinin bazası hesab olunan "Dİnamo Zaqreb"in bu yay ÇL-də "Qarabağ" üzərində üstünlüyü çox şeydən xəbər verdi...

Püşkün nisbətən münasib olduğunu qeyd edəndə Ukrayna və İslandiyanın heç də "div" rəqib olmadığına keçid etmək istəmişdik. Hər halda, ikinci səbətdən seçilən Ukrayna heç də yaxşı günlərini yaşamır. Ötən AÇ-də qrup sonuncusu olublarsa, bir ay əvvəl yekun vurulan Millətlər Liqasında mübarizə apardığı B Liqasında qrup ikincisi olmaqla kifayətlənib. Bundan başqa, Ukrayna ev oyunlarını neytral meydanda keçirmək məcburiyyətindədir. Doğrudur, ilyarım sonra mövcud reallığın necə olacağı bəlli deyil. İstənilən halda, indiki situasiyadan yanaşsaq, ukraynalıların hər iki görüşü ölkəsindən kənarda keçirməsi lehimizə ola bilər. 
Ukrayna ilə seçmə oyunlarda heç vaxt qarşılaşmamışıq. Yalnız 2006-cı ildə iki yoldaşlıq görüşü baş tutub ki, Bakıda 0:0 oynayan millimiz Kiyevdə 0:6 hesablı darmadağına məruz qalıb.            
İslandiyaya gəlincə, sözügedən komanda ilə də rəsmi oyun olmayıb. Yalnız 2008-ci ilin yayında Reykyavikdə təşkil olunan yoldaşlıq görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb. Hansı ki, yığmaya elə həmin il Berti Foqts baş məşqçi gətirilmişdi. İslandiyada baş tutan matçda yığma komandamızın üzvü Fabio Luis Ramim oyunun 48-ci dəqiqəsində hesabı açmış, 58-ci dəqiqədə islandiyalı futbolçu Qrekor Steynson cavab topu vurmuşdu. Təbii ki, bu rəqiblə indi səfərdə oynamaq çətin olacaq. Amma Bakıda onlardan xal almaq mümkündür.

Püşkün pis tərəfi odur ki, yığmamız 4 komandalı qrupa düşdü. Sayı çox olan qruplarda isə 5-ci səbətdən zəif iştirakçılar yer aldı. Hansı ki, məhz onlara çox vaxt "6 xallıq rəqib" gözü ilə baxırıq. Amma son qatıldığımız yarışda - Millətlər Liqasında Estoniya (belə hal çox olub) nümunəsi də var ki, bu da "ən zəif komanda elə özümüzük" qənaətinə dəlalət edir.    
AFFA portuqaliyalı Fernandu Santuşu, qarşısına 2028-ci ildə baş tutacaq Avropa çempionatına çıxmaq vəzifəsi qoymaqla, yəni uzaq perspektiv üçün gətirib. Amma faktdır ki, Millətlər Liqasındakı uğursuzluqdan sonra ictimai qınaq və təzyiq bu işbirliyinin vaxtından xeyli əvvəl dayandırılması riski yaratdı. Hətta Santuşun bu ay postundan kənarlaşdırılacağı ilə bağlı xəbər yayılmışdı. AFFA-dan məlumatı təkzib etsələr də, DÇ-nin 2025-ci ilin sentyabrında başlayacaq seçmə oyunlarının nəticəsi portuqaliyalının taleyinə birbaşa təsir edəcək. Yığmanın potensialında dəyişiklik olub-olmadığını gələn ilin bu vədəsinə kimi biləcəyik. 

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://fanat.az
archiveBu xəbər 13 Dekabr 2024 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see266

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see253

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see250

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see249

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see248

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see247

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see246

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see245

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see224

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see224

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see223

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see221

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see218

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see218

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see212

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see206

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see205

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see200

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see198

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri