Icma.az
close
up
RU
İllərə görə xasiyyətinizi öyrənin Astroloji dəyərləndirmə

İllərə görə xasiyyətinizi öyrənin Astroloji dəyərləndirmə

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əsasən şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik dövrün daxilində hər il bir heyvan üzərində təhvil olur. Yaponiyada bu təqvim çox məşhurdur.

Öz doğum tarixinizi asanlıqla axtarın, tapın və oxuyun:

Meymun ili - 1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016...
Bu insanlar ağıllıdırlar, cəlddirlər, ixtiraçıdırlar, orijinaldırlar. Ən mürəkkəb məsələni asanlıqla həll etməyi bacarırlar, lakin bununla bərabər etibarsız və ziddiyyətli insanlardırlar. Onlar hər nə oldusa, onu dərhal bilmək və öyrənmək istəyirlər, səbrsiz və hər şeylə maraqlanan olurlar. Ən yüngül maneə belə onların əhval-ruhiyyələrini korlaya bilir, hər hansı bir planlarını onların gözündən asanlıqla sala bilir. Onlardan bir çoxu qərarsız olurlar, bu xüsusiyyətləri ilə digərlərdən fərqlənirlər. Düzgün qərar qəbul edirlər, sağlam düşüncəyə malik olurlar. Əgər onlara mane olan olmasa onlar çox şöhrətli olarlar. Yüksək vəzifə sahibi olurlar.

Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- əjdaha və siçan.
Ailə qurduqda bəzən uğurlu ola bilər-dovşan, qoyun, it, meymun.
Ailə qurmaq üçün uğursuz olanlar - ilan, qaban, pələng.
Xoruz ili - 1921, 1933, 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017...

Bu insanlar əməyi sevirlər, öz işlərini həmişə asanlıqla yerinə yetirən olurlar. İstənilən işi öhdələrinə götürüb başa çatdırırlar, hətta bu işə gücləri çatmasa belə yenə də bezmirlər, sona qədər gedirlər. İnsanlarla dərhal ünsiyyət qura bilmirlər. Həqiqəti sevirlər, həqiqət üzrə mübarizə aparırlar və çox vaxt haqlı çıxırlar. Təbiətcə utancaq olan bu insanlar çox vaxt təkliyə üstünlük verirlər. Onlar həmişə maraqlı insan olurlar, daima yeniliklər düşünüb yaradırlar. Adətən dərin düşüncəli olurlar. Bəzən eqoist olurlar, amma həddindən artıq düzgün seçimlər edirlər.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- öküz, ilan, əjdaha.
Ailə qurduqda bəzən uğurlu ola bilər- xoruz, it, dovşan.
Ailə qurmaq üçün uğursuz olanlar- at, meymun, qoyun, qaban.
Картинки по запросу xoruz

İt ili - 1922, 1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018...
Bu insanlar doğrudurlar, onlara etibar etmək olar, sirr saxlamağı bacarırlar. Bəzən eqosit olurlar, çalışqandırlar, bir çox hallarda inanılmaz dərəcədə tərs olurlar. Heç vaxt mal-dövlətə həris olmurlar, amma həmişə pulları olur. Daima mübarizə aparırlar və bilirlər nə dərəcədə düzgündürlər. Həmişə ədalət tərəfdarı olurlar. Bir işi başladıqda sonuna kimi gedirlər və qalib olurlar. Onlardan çox gözəl iş adamı olur, vəzifələrini layiqincə yerinə yetirirlər. Əsasən ən yaxşı insani keyfiyyətlərə malik olurlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- at, pələng, dovşan.
Ailə qurduqda bəzən uğurlu ola bilər- siçan, ilan, meymun, it, qaban.
Ailə qurduqda uğursuz illəriniz- əjdaha, qoyun.
Картинки по запросу it sekilleri

Qaban ili - 1923, 1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019...
Bu insanları digər illərin insanlarından ayıran ən böyük fərq onların cəsur olmaqlarıdır. Bəzən dinməzcə canlarını belə qurban verməkdən qorxmurlar. Bir işi öhdələrinə götürürlər və bütün gücləri ilə irəli gedirlər, əsla fikrindən dönməmək şərti ilə. Onlar yalnız düz yol tanıyar, düz yolla gedərlər. Çox dürüst və çalışqan insan olurlar. Dostlarını heç vaxt darda qoymurlar. Çox mütaliə edən, çox maraqlanan olurlar. Hirsli olurlar, amma dava, mübahisəni sevmirlər. Heç vaxt yaxınlarından uzunmüddətli küsmürlər. Bu onlara xas xüsusiyyət deyil.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- qoyun, dovşan.
Ailə qurduqda bəzən uğurlu ola bilər- pələng, öküz, əjdaha, xoruz, it, qaban.
Ailə qurmaq üçün uğursuz olanlar- ilan.
Картинки по запросу qaban

Siçan ili - 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008, 2020...
Bu insanlar xoş görünüşə sahib olurlar, cazibədardırlar, aydın məqsədli, zəhmətsevən olurlar. Hər zaman sərvət yığmağa cəhd edirlər, yorulmaq bilmirlər. Həddən artıq qənaətcil olurlar, pullarına hər zaman qənaət etməyi bacarırlar. Eyni zamanda əliaçıqdırlar, ehtiyacı olana yardım əllərini hər zaman uzadırlar. Çox səliqəli olurlar hər bir işdə. Şöhrətpərəstdirlər, qarşılarına məqsəd qoyub irəliyə doğru addımlayandırlar. Bütün bunlara baxmayaraq, məntiqsiz olurlar, tez hirslənirlər. Qeybətcil olurlar.
Adətən onları tez aldatmaq olur dürüstlüklərinə görə.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- əjdaha, meymun, öküz.
Ailə qurduqda bəzən uğurlu ola bilər- ilan, pələng, it, qaban.
Ailə qurduqda uğursuz olan- at.
Картинки по запросу sican heyvan

Öküz ili - 1925, 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021...
Bu insanlar dözümlü və etibarlı olurlar. Bəzi hallarda isə səbrsiz olurlar, özlərindən tez çıxırlar. Öküzün qəzəbi sərhədlər bilməz, elə buna görə də onlar öz əsəblərini cilovlamağı bacarmalıdırlar. Adətən az danışırlar, danışmağı sevməyən öküzlər danışarsa nitqi ilə çoxlarının diqqətini çəkərlər. Üstün əqli və fiziki gücü ilə fərqlənirlər. Əslində sadə görünürlər, amma çox inadkar olurlar, ziddiyətlidirlər. Sevgiyə yüksək qiymət verən olurlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- ilan, əjdaha, xoruz, siçan.
Ailə qurduqda bəzən uğurlu ola bilər- əjdaha, dovşan, meymun, qaban, öküz.
Ailə qurmaq üçün uğursuz il- qoyun.
Картинки по запросу okuz

Pələng ili - 1926, 1938, 1950, 1962, 1974, 1986, 1998, 2010, 2022...
Bu insanlar düşünməyə meyilli, həssas və çox əsəbi olurlar. Çox vaxt müdriyyətlə, özündən böyüklərlə münaqişəyə girirlər. Tez-tələsik qərara gəlirlər, bəzən bunun əziyyətini çəkirlər. Bir sözlə onlar cəsarətli və güclü insanlardır. Bu xüsusiyyətləri ilə həmişə fərqlənirlər. Bəzən yaxındakını uzaq, uzaqdakını yaxın görürlər.Sevgi onlar üçün bir əhəmiyyət kəsb etmir. İşgüzar olurlar, işlərində düzgünlüyü sevirlər, bəzən şairlik istedadları olur, seirlər, maraqlı yazılar yazırlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- at, əjdaha, it.
Ailə qurduqda bəzən uğurlu ola bilər- siçan, öküz, dovşan, pələng, qoyun, xoruz, qaban.
Ailə qurmaq üçün uğursuz illər- ilan, meymun.
Картинки по запросу pelengler

Dovşan ili - 1927, 1939, 1951, 1963, 1975, 1987, 1999, 2011, 2023...
Bu insanlar şöhrətpərəst olurlar, istedadlı və parlaq gələcəyə malik olurlar. Öz səxavətləri ilə həmişə fərqlənirlər, fərqlənməkləri ilə fəxr edirlər. Ümumilikdə onlara daima heyran olurlar, insanları özlərinə cəlb etməyi bacarırlar. Maddi vəziyyətləri daima qaydasında olur, bədxərc olmurlar. Bu insanlar bəzən qeybət qırmağı sevirlər, amma bu halda nəzakətlidirlər və qəddar deyillər. Onlar zərifdirlər, kimi sevirlərsə çox nadir hallarda bağlanırlar sevdiklərinə. Demək olar ki, heç vaxt özündən çıxmırlar, çox gözəl işgüzar keyfiyyətlərə malikdirlər. İnsaflıdır və bəzən edəcəkləri işə məcbur olub edirlər, ürəkdən istəməsələr belə, məcburən. Onlardan əla oyunçu çıxa bilər, amma onlar mühafizəkardırlar, ehtiyatlı insan olaraq nadir hallarda oyun oynayırlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- qoyun, qaban, it.
Ailə qurduqda bəzən uğurlu ola bilər- siçan, dovşan, əjdaha.
Ailə qurmaq üçün uğursuz il-xoruz.
Картинки по запросу dovşan

Əjdaha ili - 1928,1940, 1952, 1964, 1976, 1988, 2000, 2012, 2024...
Bu insanlar düzgün düşünürlər, enerjili və səbrli olurlar. Adətən çox sağlam olurlar. Dürüstdürlər, emosionaldırlar, qətiyyətlidirlər, onlara etibar etmək olar. Bəzən özbaşınalıqla fərqlənirlər. Daima fikirlərini qiymətləndirməyi bacarırlar. Onlar bacarıqlı, pul qazanan olurlar, amma pul hərisi deyillər, pul hərisi olanları da sevmirlər, bir sözlə ətraflarında belə insanlara yer yoxdur. Ailə qurmağı tez planlayırlar. Ətrafındakıların onları sevməsindən daima istifadə edirlər.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- siçan, ilan, meymun, xoruz.
Ailə qurduqda bəzən uğurlu ola bilər- pələng, at, qoyun, əjdaha.
Ailə qurmaq üçün uğursuz il- it.
Картинки по запросу ejdaha

İlan ili - 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013, 2025...
Bu insanlar doğuluşdan müdrikliklə doğulurlar, çox danışmazlar. Onların işləri həmişə əla gedir, amma onlar xəsis olurlar. Bəzən eqoistdirlər və şöhrətpərəstdirlər. Özlərinin aktiv iştirakı ilə daha çox uğurlar əldə edə bilərlər. Başqalarının fikirlərinə inanmadan, yalnız özünə güvənərək irəliləyirlər. Öz uğursuzluqları ilə narahat olurlar və qətiyyətli bir addım atıb uğur əldə etməyi bacarırlar. Zahirən sakit, amma təbiətcə ehtiraslı olurlar. Adətən xarici və daxili cazibədarlıqlarıyla fərqlənirlər ki, bəzən onları başqalarının gözü götürmür.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- öküz, xoruz.
Ailə qurduqda bəzən uğurlu ola bilər- siçan, dovşan, əjdaha, ilan, at, qoyun.
Ailə qurmaq üçün uğursuz illər- pələng, qaban.
Картинки по запросу ilan

At ili - 1930, 1942, 1954, 1966, 1978, 1990, 2002, 2014, 2026...
Bu insanlar pulu çox sevirlər, şən olurlar. Çox vaxt məhşur insanlar çıxır bu bürcdən. Ağıllıdırlar, diqqətlidirlər, hərçənd ki, çoxdanışan olurlar. İstedadlıdırlar, hər şey onlarda asanlıqla düzəlir, özlərinə diqqəti, parlaq geyimləri ilə və sərbəstlikləri ilə diqqət çəkə bilirlər. Özlərinə inanandırlar, özlərinə qiymət verə bilirlər və (kişilərə) qadınlara laqeyd olmurlar. Güclü və ehtiraslı olurlar. Əyləncələri və böyük yığıncaqları sevirlər, diqqət mərkəzində olmağı xoşlayırlar. Çox müstəqildir və bu halda şəxsi mülahizəyə görə hərəkət edərək nadir hallarda məsləhətlərə qulaq asırlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- pələng, it, qoyun.
Ailə qurduqda bəzən uğurlu ola bilər- əjdaha, ilan, meymun, qaban, xoruz.
Ailə qurmaq üçün uğursuz il- siçan.
Картинки по запросу at

Qoyun ili - 1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015, 2027...
Bu insanlar ilk baxışdan xoşbəxt görünüşləri ilə diqqət çəkirlər, amma əslində bu belə olmaya da bilər. Utancaqdırlar, pessimizmə meyllidirlər, sərbəst qərar almaqda çətinlik çəkirlər. Adətən çox dindar olurlar. Onlardan nadir hallarda rəhbər çıxır, lakin işlərində diqqətli olurlar. Bu insanlar bəzən pula həddən artıq qiymət verirlər və pul qazanmağa tənbəllik etmirlər. Sadə və şirindil olurlar, eyni zamanda tez əsəbləşirlər, hisslərini cilovlaya bilmirlər. İncəsənət sahəsində uğur qazanırlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- dovşan, qaban, at.
Ailə qurduqda bəzən uğurlu ola bilər- pələng, əjdaha, ilan, qoyun.
Ailə qurmaq üçün uğursuz illər- öküz, it.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Noyabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see138

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see129

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see113

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see113

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see111

Tramp tezliklə qərar verəcək: FES sədri işdən çıxarılacaq

16 İyul 2025 20:36see111

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see110

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

Güvən indeksi ciddi dəyər itirən molla rejimi İran prezidentini kimlər və niyə hədələyirlər?

16 İyul 2025 20:13see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri