Icma.az
close
up
RU
“Putin “ağırçəkili“ məmurlardan ibarət danışıqlar qrupu yaradır“ “Bloomberg“

“Putin “ağırçəkili“ məmurlardan ibarət danışıqlar qrupu yaradır“ “Bloomberg“

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Trampın komandası isə Ukrayna ilə bağlı eyni səviyyədə biliyə və Rusiya ilə birbaşa danışıqlar təcrübəsinə malik deyil..."

Təcavüzkar ölkənin qeyri-legitim prezidenti Vladimir Putin Rusiya tərəfindən başladılan müharibə ilə bağlı ABŞ prezidenti Donald Trampın nümayəndələri ilə görüşmək üçün uzun illər mühüm danışıqlarda iştirak etmiş "ağırçəkili" heyət toplayır.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bu şəxslər arasında Kremlin xarici siyasət üzrə baş müşaviri, 50 ildən artıq diplomatiya sahəsində çalışan Yuri Uşakov da var. 77 yaşlı Uşakov Putin administrasiyasında on ildən çox köməkçi olub və 1998–2008-ci illərdə ABŞ-da səfir kimi çalışaraq Vaşinqtonla münasibətlərin incəliklərini dərindən öyrənib. 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsinin dekanı Andrey Suşentsov onu "böyük danışıqlar üçün ən uyğun şəxs" adlandırıb.

Nəşrin adının açıqlanmasını istəməyən mənbələrinə görə, komandanın tərkibində həmçinin Putinlə birlikdə sovet DTK-sında xidmət etmiş Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də var. O, Rusiya liderinin uzunmüddətli etibarlı adamı hesab edilir və onunla 40 ildən artıqdır ki, birgə işləyir. Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başladıqdan sonra Uşakov və Narışkin atəşkəs müzakirələrində iştirak edib.

Trampın danışıqlar heyəti ilə qeyri-rəsmi əlaqə qurmaqda mühüm rol oynaya biləcək digər şəxs isə Stanford və Harvard universitetlərində təhsil almış, ABŞ-da "McKinsey & Co.", "Goldman Sachs Group Inc." kimi şirkətlərlə əməkdaşlıq etmiş və Rusiya prezidentinin ailəsi ilə əlaqələri olan maliyyəçi Kiril Dmitriyev ola bilər. 

ABŞ-ın sanksiya siyahısında olan Dmitriyev Putinin kiçik qızının yaxın tanışı ilə ailəlidir. O, ABŞ xüsusi prokuroru Robert Müller tərəfindən 2016-cı il prezident seçkilərindən sonra Tramp administrasiyası ilə əlaqələr qurmaq cəhdlərinə görə hesabatda qeyd olunub. Dmitriyevin həmçinin Yaxın Şərqdə, o cümlədən Səudiyyə Ərəbistanında geniş əlaqələri var və Trampın sözlərinə görə, Putinlə görüş üçün bu ölkə platforma rolunu oynaya bilər.

2022-ci ildəki danışıqlar qrupunun digər üzvləri də sonradan bu prosesə qoşula bilər. Kremlə yaxın mənbənin məlumatına görə, onların arasında Rusiya prezidentinin köməkçisi Vladimir Medinski də ola bilər. O, uzun illər dövlət idarəçiliyində çalışıb və Ukraynaya müdaxilədən sonra Rusiyanın məktəbləri üçün tarix dərsliyinin həmmüəllifi olub. Həmin dərslikdə Qərb Rusiyada sabitliyi pozmaq cəhdində günahlandırılır.

Məqalədə vurğulanır ki, komandanın tərkibi Putinin danışıqlardan özünə sərfəli nəticə əldə etmək istəyini və 2022-ci ildə genişmiqyaslı işğal əmrini verdiyi vaxtdan bəri Ukrayna ilə bağlı tələblərinin demək olar ki, dəyişmədiyini göstərir.

Trampın komandası isə nə Ukrayna ilə bağlı eyni səviyyədə biliyə, nə də Rusiya ilə birbaşa danışıqlar təcrübəsinə malikdir. Razılaşmaya aparan yol hələ də qeyri-müəyyəndir və Putin ciddi güzəştlərə hazır olduğunu göstərmədiyi üçün bu, danışıqlarda əsas maneə ola bilər.

Londonun Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun beynəlxalq təhlükəsizlik tədqiqatları üzrə baş elmi işçisi Emili Ferris hesab edir ki, Rusiyanın danışıqlar qrupu Trampın qeyri-standart ideyaları və bəzən sərt aqressivliyi səbəbindən çətin vəziyyətə düşə bilər. Trampın yanaşması ABŞ-ın əvvəlki administrasiyasının siyasətindən kəskin şəkildə fərqlənir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Fevral 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri