Icma.az
close
up
RU
“Putin Azərbaycana qarşı xüsusi əməliyyatdan danışır” Moskvanın ssenarisində diqqət çəkən məqamlar

“Putin Azərbaycana qarşı xüsusi əməliyyatdan danışır” Moskvanın ssenarisində diqqət çəkən məqamlar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanla Rusiya arasında münasibətlərdə gərginlik artan xətt üzrə davam edir. Rusiyanın televiziya kanallarında, internet məkanında və xəbər portallarında Azərbaycana qarşı ardıcıl şəkildə əks-təbliğat aparılır.

Rusiyanın Avropa ilə dərinləşən qarşıdurması fonunda Bakı da hərbi təhdidlərə məruz qala bilərmi? Proseslər bu səviyyəyə çata bilərmi?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, AzərbaycanRusiya münasibətlərindəki gərginliyin əsas səbəbkarı Moskvadır:

“Gərginlik AZAL-a məxsus mülki təyyarənin vurulmasından sonra başladı. Bu hadisədən sonra iki ölkə arasında etimadsızlıq dərinləşdi. Rusiya nə hadisəyə hüquqi qiymət verdi, nə də təqsirkarları cəzalandırdı. Hətta Azərbaycana kompensasiya da ödənilmədi. Bu, münasibətlərin pozulmasında əsas rol oynadı”.

Politoloqun sözlərinə görə, bu ilin 27 iyun tarixində Yekaterinburqda azərbaycanlılara qarşı baş verən zorakılıqlar, beş nəfərin qətlə yetirilməsi və diaspor təşkilatlarına qarşı davam edən mənfi münasibət, Rusiyada Azərbaycan əleyhinə aparılan siyasətin dəyişməz qaldığını göstərir:

Azərbaycan öz haqq yolundan geri çəkilmir və adekvat cavab verir. Rusiya mediasında ölkəmizə qarşı təxribat xarakterli materiallar yayımlanır. Hətta neft infrastrukturuna zərbə endirilməsi ilə bağlı çağırışlar edilib. Süni intellekt vasitəsilə hazırlanmış dezinformasiyalar, məsələn, guya Prezident Putinin “Azərbaycana qarşı xüsusi hərbi əməliyyat başlayacağına” dair saxta çıxışları informasiya savaşının bir hissəsidir. Bu dezinformasiyalar Rusiyadakı bəzi mərkəzlərin və xüsusilə media üzərində təsirə malik olan erməni lobbilərinin maraqlarına xidmət edir”.

Elşad Həsənov

Elşad Həsənov qeyd edir ki, iqtisadi əlaqələr müsbət istiqamətdə inkişaf etsə də, siyasi və diplomatik münasibətlərdə gərginlik açıq şəkildə hiss olunur:

“Hazırda Rusiya Ukraynada nəticəsi görünməyən bir müharibə aparır və bu, artıq 2000-ci günə çatıb. Rusiya hələ də istədiyi nəticəni əldə edə bilməyib. Paralel olaraq, ABŞ Prezidenti Donald Trampın da Moskvaya qarşı sərt sanksiyalar paketi hazırladığı bildirilir.

Bu gün Rusiya bir neçə istiqamətdə gərginlik yaradır. Finlandiyaya qarşı hərbi ritorika sərgiləyir, Polşa ilə sərhəddə təzyiqləri artırır, Rumıniya ərazisinə dron hücumları həyata keçirir. Bütün bunlar Kremlin dərin narahatlığından və təcrid olunmuş vəziyyətindən xəbər verir. Amma sual budur: Rusiya eyni vaxtda bir neçə cəbhədə müharibə aparmağa hazırdırmı? Resursları buna imkan verirmi? Xeyr”.

E.Həsənov hesab edir ki, Rusiyanın Azərbaycana qarşı hərbi təcavüz nümayiş etdirməyə siyasi iradəsi çatmayacaq:

Rusiya bu gün Avropadan təcrid olunmuş vəziyyətdə neft və qazını Azərbaycan üzərindən satır. İrandan böyük həcmdə qaz almaq üçün bağladığı müqavilənin reallaşması da Azərbaycanın tranzit imkanlarından keçir. Rəsmi Bakı Rusiyanın aqressiv siyasətini dəstəkləmir və Ukraynaya qarşı müharibəni qəbul etmir. Bu, təbii ki, Kremlin qıcıqlanmasına səbəb olur. Amma unutmamalıdırlar ki, bu siyasət Rusiyanın özünü tükəndirəcək və nəticədə məhvə aparacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see241

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see238

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see232

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see199

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see192

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see185

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see170

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see167

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see166

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see165

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see163

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see159

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see157

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see156

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see153

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see153

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see152

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri