Icma.az
close
up
RU
46 illik cəhənnəm Ölüm hökmünü gözlədi, lakin… KONKRET

46 illik cəhənnəm Ölüm hökmünü gözlədi, lakin… KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Yaponiyada ölüm hökmünə məhkum edilən şəxslərə edamın nə vaxt həyata keçiriləcəyi əvvəlcədən bildirilmir. Onlar hər səhər ölüm qorxusu ilə oyanır, istənilən an edam üçün aparıla biləcəklərini düşünərək yaşayırlar. İvao Hakamada bu dəhşətli şəraitdə 46 il keçirdi. O, dünyada ən uzun müddət ölüm hökmünün icrasını gözləyən məhbus kimi Ginnesin Rekordlar Kitabına düşdü. Lakin illər sonra məlum oldu ki, dövlət ondan həyatının ən qiymətli illərini günahsız yerə alıb. Hər şey 1966-cı ildə baş verdi.

Yaponiyanın Şizuoka şəhərində bir şirkət rəhbərinin evi yanğın nəticəsində dağıldı. Evdə şirkət sahibi, həyat yoldaşı və iki övladının meyitləri tapıldı. Hadisə ilə bağlı istintaq başladıldı və həmin müəssisədə çalışan 30 yaşlı İvao Hakamada əsas şübhəli kimi saxlanıldı.

Hakamadanın taleyi bundan sonra dəhşətli bir istiqamətdə dəyişdi. İstintaq zamanı o, 23 gün ərzində ağır psixoloji və fiziki təzyiqlərə məruz qaldı. Onun uzun müddət dindirildiyi, döyüldüyü və istirahət etmək imkanının məhdudlaşdırıldığı bildirilirdi. Nəticədə Hakamada cinayəti törətdiyini etiraf edən ifadəyə imza atdı. Lakin məhkəmədə həmin etirafı geri götürərək günahsız olduğunu söylədi.

İşdəki ziddiyyətlər və sübutlarla bağlı suallar müdafiə tərəfinin mövqeyini gücləndirirdi. Ancaq istintaqın gedişində gözlənilməz bir hadisə baş verdi.

Hadisədən təxminən 14 ay sonra müəssisədəki miso pastası çəlləklərindən birində qanlı paltarlar aşkar edildi. İstintaq bu paltarları cinayətlə əlaqələndirərək Hakamadanın əleyhinə əsas sübutlardan biri kimi təqdim etdi.

Lakin paltarlarla bağlı ciddi şübhələr vardı. Onların ölçülərinin Hakamadaya uyğun gəlmədiyi, üzərindəki qan ləkələrinin rənginin və vəziyyətinin isə uzun müddət çəlləkdə qalmış geyimlər üçün şübhəli olduğu bildirilirdi. Buna baxmayaraq, məhkəmə bu suallara baxmayaraq, Hakamadanı ölüm hökmünə məhkum etdi.

46 il ölüm qorxusu ilə yaşamaq…

Hakamadanın həyatının ən ağır mərhələsi məhz bundan sonra başladı. Yaponiyada ölüm hökmünün icra tarixi məhkumlara əvvəlcədən açıqlanmadığı üçün o, hər səhər ölüm xəbərini gözləyirdi. Nə vaxt aparılacağını bilmədən yaşamaq onun psixoloji vəziyyətinə ağır zərbə vurdu.

İllər keçdikcə Hakamadanın səhhəti pisləşdi. O, ağır psixi pozuntular yaşadı və reallıqla əlaqəsi zəiflədi. Sonrakı illərdə ona demensiya diaqnozu qoyulduğu bildirildi.

Bu müddətdə bacısı Hideko Hakamada qardaşının azadlığı və işə yenidən baxılması uğrunda mübarizəsini davam etdirdi. O, onilliklər boyu hüquqi mübarizədən əl çəkmədi və qardaşının günahsızlığının sübuta yetiriləcəyinə inamını qorudu.

Nəhayət, işdəki sübutların yenidən araşdırılması dönüş nöqtəsinə çevrildi. Xüsusilə qanlı paltarlarla bağlı ekspertizalar və DNT təhlilləri ittihamın əsaslarını ciddi şübhə altına aldı. Sübutların etibarlılığı, onların hadisə ilə əlaqəsi və istintaqın aparılma üsulları ətrafında mühüm suallar yarandı.

2014-cü ildə məhkəmə işə yenidən baxılması barədə qərar verdi və Hakamada həbsdən azad edildi. O, həmin vaxt 78 yaşında idi. Azadlığa çıxsa da, bu, hələ tam bəraət demək deyildi. Onun adının təmizə çıxarılması üçün hüquqi mübarizə davam etməli idi.

Nəhayət, 2024-cü ildə ədalət bərpa olundu.

26 sentyabr 2024-cü ildə Yaponiya məhkəməsi İvao Hakamadanı günahsız elan edərək ona bəraət verdi. Təxminən 58 il əvvəl baş vermiş cinayətə görə həbs edilən, onilliklər boyu ölüm hökmünün icrasını gözləyən və ömrünün böyük hissəsini dəmir barmaqlıqlar arxasında keçirən bir insan nəhayət, hüquqi baxımdan təmizə çıxdı.

Hakamada azadlığına qovuşdu, amma itirilmiş illəri geri qaytarmaq mümkün deyildi. Gəncliyi, sağlamlığı və həyatının ən qiymətli dövrü ondan alınmışdı. Bəraət qərarı keçmişdə yaşadığı əzabları silə bilməzdi.

Bu hadisə Yaponiyanın cinayət mühakiməsi sistemi, polis dindirmələrinin üsulları və ölüm hökmünün tətbiqi ilə bağlı ciddi müzakirələrə səbəb oldu. Hakamadanın işi göstərdi ki, yanlış etiraflar, şübhəli sübutlar və istintaq səhvləri insanın həyatını geri dönməz şəkildə məhv edə bilər.

İvao Hakamadanın hekayəsi təkcə bir insanın faciəsi deyil. Bu, ədalət sisteminin necə ağır səhvə yol verə biləcəyinin acı nümunəsidir.

Günahsızlıq prezumpsiyası sadəcə qanunlarda yazılmış hüquqi prinsip deyil. O, insanı sübut olunmamış ittihamlar qarşısında qoruyan, dövlətin gücünə sərhəd qoyan və məhkəmə səhvlərinin qarşısını almağa xidmət edən əsas təminatlardan biridir.

Hazırladı: Ağagül Mürsəlov,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Oktyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri