Icma.az
close
up
RU
“Putin Budapeştə necə uçacaq: Sanksiyalar arasından çıxış yolu axtarılır“ BBC

“Putin Budapeştə necə uçacaq: Sanksiyalar arasından çıxış yolu axtarılır“ BBC

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Diplomatiyaya yol açılacaq, yoxsa hava məkanları bağlı qalacaq?.."

Donald Tramp və Vladimir Putin Budapeştdə şəxsi görüş keçirməyə razılaşıblar. Lakin indi bütün diqqət təkcə diplomatiyaya yox, həm də logistikaya yönəlib: Sanksiyalar altındakı Rusiya lideri Macarıstan paytaxtına necə çatacaq?

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Avropa Komissiyası bildirib ki, Rusiya hökumət təyyarəsinin Avropa hava məkanına buraxılıb-buraxılmaması barədə qərarı hər ölkə ayrı-ayrılıqda verəcək. Yəni ümumi qadağa yoxdur, amma siyasi risk böyükdür.

1 500 kilometrlik məsafə niyə 5 000 kilometrə çevrilə bilər?

Moskva ilə Budapeşt arasındakı birbaşa məsafə cəmi 1 500 kilometrdir, normalda iki saatlıq uçuşdur. Lakin Rusiyaya məxsus təyyarələr üçün Avropa hava məkanı praktiki olaraq bağlıdır. BBC və "Airlive" mənbələrinə görə, Putin Budapeştə çatmaq üçün 5 000 kilometrlik dolayı marşrutdan istifadə etməli ola bilər.

Ən real ssenari belə görünür:

Xəzəe dənizi üzərindən İrana giriş, oradan Türkiyə istiqamətində davam, Aralıq dənizi üzərindən keçid, Serbiya və ya Monteneqro üzərindən Macarıstanın cənubundan giriş.

Daha qısa yol olan Polşa, Slovakiya və ya Rumıniya üzərindən uçmaq üçün isə xüsusi icazə lazımdır, bu isə mövcud sanksiyalar şəraitində faktiki olaraq qeyri-mümkündür.

Avropa Komissiyasının sözçüsü Olof Gill vəziyyəti belə izah edir: Biz real dünyada yaşayırıq. Əgər hansısa görüş Ukraynada ədalətli sülhə yaxınlaşdırırsa, bəzən xoşumuza gəlməyən formatlara da dözməli oluruq".

Rusiya rəsmilərinin əvvəlki "dolayı uçuşları": Lavrov, Matviyenko və başqaları

BBC Rus xidməti son illərdə yüksək vəzifəli rusiyalı məmurların Avropaya necə uçduğunu araşdırıb:

- Sergey Lavrov 2022-ci ildə Belqrada səfərini ləğv etməli olub - Monteneqro, Bolqarıstan və Şimali Makedoniya onun təyyarəsinə hava məkanını bağlayıb.

- 2024-cü ildə Maltada keçirilən ATƏT görüşünə isə Türkiyə - Misir - Liviya marşrutu ilə gedə bilin (6,5 saatlıq uçuş).

- Valentina Matviyenko 2024-cü ilin iyulunda Cenevrəyə "parlament sədrlərinin sammiti" üçün uçanda İsveçrə İtaliya və Fransadan xüsusi icazə alıb.

Mədəniyyət naziri Olqa Lyubimova 2025-ci ilin aprelində Romada Papa Fransiskin dəfnində iştirak edib, lakin may ayında yeni papanın inaugurasiya mərasiminə uçmaq istəyəndə marşrut razılaşdırılmadığı üçün təyyarə Misir sahillərindən geri dönməli olub.

Putinin Budapeştə necə uçacağı təkcə texniki məsələ deyil, bu, siyasi mesajdır. Avropa dövlətləri sanksiyalarla reallıq arasında seçim etməlidir: ya hava məkanlarını açıb diplomatiyaya şans verəcəklər, ya da Kreml rəhbərinin 5 000 kilometrlik "siyasi marafona" məcbur qalmasını izləyəcəklər. Görüş baş tutsa belə, bu sual yadda qalacaq: "Putin Budapeştə necə gəlib?".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:323
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri