Putin elitasının üzvü olan biznesmenin meyiti tapıldı FOTO
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyada Prezident Vladimir Putinin elitası arasında olan “K-Potash” şirkətinin baş direktoru (CEO) Aleksey Sinitsin körpünün altında başı kəsilmiş halda tapılıb.
Ölkə.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə Kalininqrad vilayətində qeydə alınıb.
Rusiya dövlət mediası 49 yaşlı Sinitsinin ölümünün sui-qəsd olduğunu irəli sürsə də, onun cəsədi ilə bağlı vəziyyət şübhələri artırıb.
“The Moscow Times” qəzetinin yazdığına görə, hadisə yerində kəndir aşkarlanıb, səlahiyyətlilər araşdırmaları davam etdirir.
Putin elitasının üzvü olan Sinitsin 2014-cü ildən Kalininqradda "Nivenski-1" kalium-maqnezium yatağının istismarına cavabdeh idi. Onun şirkəti regiondan zərərsiz, xlorsuz gübrə istehsal etməklə Kalininqradı dünya lideri etmək niyyətində idi. 2021-ci ildə istehsalına başlamağı planlaşdıran “K-Potash Service” müxtəlif çətinliklərə görə bu tarixi 2032-ci ilə qədər təxirə salmaq məcburiyyətində qalmışdı.
Hadisə müharibə dövründə Rusiyanın böyük enerji və təbii ehtiyatlar şirkətlərinin ən azı 19 yüksək vəzifəli menecerinin oxşar şübhəli şəraitdə həyatını itirdiyi dövrlə paralellik təşkil edir.
“Lukoyl”, “Qazprom”, “Transneft” kimi nəhənglərlə bağlı olan bu şəxslər həm ölkə daxilində, həm də xaricdə müəmmalı ölümləri ilə gündəmə gəliblər.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 13 Sentyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















