Icma.az
close
up
RU
Putin Əliyev zəngi sükutdan öncəki mərhələ idimi? Yeni balans axtarışları

Putin Əliyev zəngi sükutdan öncəki mərhələ idimi? Yeni balans axtarışları

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevə zəngindən bir neçə gün keçməsinə baxmayaraq, bu hadisə regionun siyasi gündəmindən düşməyib.

İlk baxışda protokol xarakterli görünən telefon danışığı əslində Moskvanın Cənubi Qafqazda yeni geosiyasi balans axtarışının göstəricisidir. Zəngin zamanlaması və konteksti, Kreml üçün təkcə Azərbaycanla münasibətlərin bərpası deyil, həm də regional təsir dairəsinin qorunması baxımından əhəmiyyət daşıyır.

Zəngin Düşənbə görüşündən sonra baş verməsi, iki lider arasında müzakirələrin davamı kimi qiymətləndirilsə də, onun “niyə indi” sualına cavab axtararkən bir neçə paralel proses diqqəti cəlb edir. İlham Əliyevin Qazaxıstana səfəri, Kasım-Jomart Tokayevlə danışıqlarda regional təhlükəsizlik və kommunikasiya məsələlərinin müzakirəsi Moskva üçün açıq siqnal idi: Bakı artıq postsovet məkanında əlaqələrini şaxələndirir və qərarlarını tək mərkəzdən asılı vəziyyətdə qəbul etmir. Bu, Rusiya üçün həm strateji xəbərdarlıq, həm də diplomatik çağırış anlamı daşıyır. Putinin zəngi bu dinamikaya reaksiya, daha doğrusu, Moskvanın əlaqələri balansda saxlamaq cəhdi kimi dəyərləndirilə bilər.

Zəngin ikinci oxunuşu Rusiya üçün regional təsir imkanlarının zəifləməsi ilə bağlıdır. ABŞ-nin TRİPP layihəsi çərçivəsində Zəngəzur dəhlizinə artan marağı, həmçinin Türkiyə və Qazaxıstanın regional əməkdaşlıqda fəallaşması Kreml üçün yeni reallıq yaradıb. Rusiya indi təkcə Ukrayna cəbhəsində deyil, postsovet məkanında da güc balansını qorumağa çalışır. Bakı bu mənada Moskva üçün hələ dialoq imkanlarının açıq olduğu azsaylı paytaxtlardan biridir.

Telefon danışığının arxasında həm də Rusiya ictimai rəyinə yönəlik mesajlar dayanır. Azərbaycan cəmiyyətində Moskvanın imicinin zəiflədiyi, xüsusilə Ramiz Mehdiyevin həbsindən sonra yaranan narazılıq fonunda Kreml münasibətlərin sabitliyini nümayiş etdirmək istəyib. Zəng bu mənada simvolik addımdır. Moskva göstərmək istəyir ki, Bakı ilə strateji əlaqələr davam edir və tərəflər bir-birinə qarşı deyil, ortaq maraqlara əsaslanan dialoqda qalırlar.

Hazırda yaranan “sükut dövrü” isə, əslində, yeni mərhələyə hazırlığın göstəricisi ola bilər. Hər iki tərəf münasibətləri emosional deyil, praqmatik müstəvidə qorumağa çalışır. Azərbaycan balanslı siyasət kursunu davam etdirərək həm Rusiya, həm Qərb, həm də türk dünyası ilə paralel xətt yürüdür. Kreml isə bu balansın pozulmasının qarşısını almağa çalışır, çünki Cənubi Qafqazda bir daha nüfuz itkisinə yol vermək Moskva üçün strateji səhv olardı.

Putin-Əliyev zəngi bu baxımdan təkcə keçmişin davamı deyil, həm də gələcək diplomatik gedişlərin xəbərçisidir. Sükutun ardınca gələcək addımlar, yəqin ki, regionda yeni siyasi nizamın formalaşmasında mühüm rol oynayacaq.

Züriyə Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Oktyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri