Icma.az
close
up
RU
Putin erməni soyqırımı nı tanıdı Müraciətin MƏTNİ

Putin erməni soyqırımı nı tanıdı Müraciətin MƏTNİ

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin “erməni soyqırımı”nın 111-ci ildönümünə həsr olunmuş anım tədbirlərinin iştirakçılarına müraciət ünvanlayıb.
Demokrat.az
SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, sözügedən müraciət Kremlin saytında dərc olunub.
Rusiya lideri müraciətində qondarma erməni nağıllarını “soyqırımı” adlandıraraq bütün Türk dünyasını qıcıqlandıracaq ifadələrdən istifadə edib:
“Bu gün hamı “erməni xalqının soyqırımının yüz minlərlə qurbanının xatirəsi” qarşısında baş əyir. Bu hadisə XX əsrin ən dəhşətli faciələrindən biri hesab olunur. O dövrün təqib və repressiyaları ermənilərin bir çox nəsilləri üçün sağalmayan yara olub. İnsanlar öz ənənələrinə sadiqliyini nümayiş etdiriblər. Əminəm ki, bundan sonra da Ermənistanın oğul və qızları minilliklərə söykənən mədəniyyəti, milli kimliyi, azadlığı, dili və mənəvi dəyərləri qoruyacaqlar”.
Putin qeyd edib ki, bu “soyqırımı” sivil dünyanı sarsıdıb:
“Müdafiəsiz və günahsız insanların amansızcasına öldürülməsi, yaralanması, doğma kənd və şəhərlərindən qovulması sivil dünyanı sarsıdıb. Bu faciənin nəticələri millətçilik, dini düşmənçiliyin qızışdırılması və ksenofobiyanın nəyə gətirib çıxardığını aydın şəkildə göstərib”.
Rusiya lideri bu “faciə” ilə bağlı ölkəsinin hər zaman eyni mövqedə olduğunu diqqətə çatdırıb:
“Bu məsələdə Rusiyanın mövqeyi hər zaman dəyişməz olub. Belə ki, 1915-ci ilin mayında bu mövzu Rusiya, Fransa və Böyük Britaniyanın birgə bəyanatında öz əksini tapıb və erməni xalqına qarşı zorakılıq sivilizasiyaya və insanlığa qarşı cinayət kimi pislənib. Daha sonra isə yeni tarixi mərhələdə 14 aprel 1995-ci il tarixli Rusiya Dövlət Dumasının bəyanatında bu mövqe bir daha təsdiqlənib”.
Müraciətində erməni xalqını dost adlandıran Putin beynəlxalq ictimaiyyəti qondarma “soyqırımı”na qarşı birləşməyə çağırıb:
“İnsanların milli mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilməsi və deportasiya olunması siyasətinə heç bir bəraət yoxdur və ola da bilməz. Beynəlxalq ictimaiyyət belə barbarlığın heç bir yerdə və heç vaxt təkrarlanmaması üçün bütün səylərini birləşdirməlidir”.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Aprel 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri