Icma.az
close
up
RU
Putin fikrini dəyişdi: Ukrayna silaha çevrilir, bu paytaxtlar vurula bilər

Putin fikrini dəyişdi: Ukrayna silaha çevrilir, bu paytaxtlar vurula bilər

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Avropa liderləri bu həftə bir daha həmrəylik nümayiş etdirdilər. Brüsseldə keçirilən görüşdə qəbul olunan qərarlar – Ukraynaya iki illik maliyyə və hərbi dəstək planı, yeni sanksiyalar paketi və dondurulmuş Rusiya aktivlərinin istifadəsi təşəbbüsü Qərbin hələ də birliyini qoruduğunu göstərir”.

Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə deyib.

Politoloq bildirib ki, sözügedən qərarların arxasında artmaqda olan strateji çaşqınlıq və reallıqdan uzaq optimizm dayanır:

“Son aylar Rusiya ordusunun cəbhədə əldə etdiyi irəliləyişlər Avropanın rəsmi bəyanatlarının əksinə olaraq müharibənin dinamikasının Moskva xeyrinə dəyişdiyini göstərir. Donetsk və Zaporojye istiqamətlərində rus qüvvələrinin səngər sistemlərini keçməsi, Ukrayna ordusunun döyüş resurslarının tükənməsi və Qərbdən gələn silah tədarükündəki fasilələr faktiki olaraq strateji təşəbbüsün Kremlə keçdiyini nümayiş etdirir.

Bütün bunlara baxmayaraq, Avropa diplomatiyası simvolik addımlarla real nəticələr arasındakı boşluğu doldurmağa çalışır. Dondurulmuş Rusiya aktivlərinin kredit təminatı kimi istifadəsi ideyası yaradıcı, lakin hüquqi baxımdan zəif təməlli bir təşəbbüsdür. Bu plan həyata keçsə belə, Ukraynanın təcili hərbi ehtiyaclarını ödəmək üçün kifayət etməyəcək. Hətta Almaniya və Fransa kimi aparıcı ölkələrdə ictimai rəydə Ukrayna ilə bağlı yorğunluq artır, inflyasiya və enerji qiymətləri isə siyasi təzyiqi gücləndirir.

Əslində, Avropa indi soyuq müharibə sonrası dövrün ən mürəkkəb geosiyasi paradoksu ilə üz-üzədir. O, öz təhlükəsizlik arxitekturasını ABŞ-ın strateji kölgəsindən çıxarmağa çalışır, amma bu, hələ də tam reallığa çevrilməyib. Prezident Donald Tramp administrasiyasının yenidən Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsi Avropa üçün müsbət siqnal olsa da, Vaşinqtonun motivləri strateji deyil, taktiki xarakter daşıyır. Trampın xarici siyasətinə xas olan dalğavari qərarlar Qərb blokunun koordinasiyasını çətinləşdirir”.

Politoloqun sözlərinə görə, bu mənzərədə Rusiya öz oyununu səbir və psixoloji ustalıqla qurur:

“Kreml bilir ki, Qərb ictimaiyyəti uzunmüddətli müharibələri sevmir. Vaşinqton və Brüsselin “uzun nəfəs çatışmazlığı”nı anlayan Moskva, döyüş meydanındakı hər addımını strateji təzyiq alətinə çevirir. Hər yeni cəbhə uğuru yalnız hərbi deyil, həm də psixoloji mənada Qərbin siyasi iradəsini aşındırır.


Rüstəm Tağızadə

Moskvanın əsas məqsədi artıq tam qələbə deyil, Qərbin daxili parçalanmasını dərinləşdirməkdir. Avropa ölkələri arasında Ukrayna məsələsində konsensus zəifləyərsə, Rusiya Prezidenti Vladimir Putin üçün bu, hərbi qələbədən daha önəmli olacaq. Belə bir vəziyyət “Balkanlaşmış Avropa”nın başlanğıcı demək olar – yəni siyasi birlik saxlanılır, amma strateji istiqamət itirilir.

Ukrayna isə getdikcə müharibə və diplomatiya arasında sıxılmış vəziyyətdə qalır. Prezident Volodimir Zelenski rəhbərliyi Qərbdən daha çox silah və hava müdafiə sistemləri tələb edir, amma Avropa büdcələri onsuz da gərgin vəziyyətdədir. Əgər dekabrda planlaşdırılan Avropa İttifaqı sammitində 140 milyard avroluq kredit paketi ratifikasiya olunmasa, Ukraynanın maliyyə dayanıqlılığı ciddi risk altına düşəcək.”

Tağızadə deyib ki, Avropa qarşısında üç ssenari dayanır:

“1. Davamlı yardımla müharibəni uzatmaq – bu, Ukraynanın mövcudluğunu qoruyar, amma Avropanı iqtisadi tükənməyə aparar.

2. Donmuş münaqişə ssenarisi – Ukrayna de-fakto bölünür, Avropa “status kvo” ilə barışır.

3. Məcburi diplomatik barışıq – Qərb sanksiyaları yumşaldaraq Moskva ilə “yeni təhlükəsizlik memarlığı” müzakirəsinə girir.

Hansı ssenarinin baş verməsindən asılı olmayaraq Avropa üçün nəticə eynidir: geosiyasi özünütəsdiq dövrü başlayır. Brüsselin Ukrayna siyasəti artıq təkcə Kiyevi müdafiə etmək deyil, həm də Avropanın öz siyasi subyektliyini qorumaq məsələsinə çevrilib. İttifaqın əsas problemi artıq Moskva yox, öz paytaxtlarıdır. Budapeşt və Bratislava kimi mərkəzlərdə artan skeptisizm Avropanın ‘vahid sanksiya cəbhəsini’ zəiflətməkdədir. Bu da Putinə yeni diplomatik imkanlar açır.

Moskva Qərb blokunun Ukraynada ilişib qalmasından istifadə edərək Pekinlə koordinasiyanı dərinləşdirir. Çin isə bu vəziyyəti Qərbin diqqətini Tayvandan yayındırmaq üçün geosiyasi fürsət kimi görür. Bu da münaqişəni regional böhrandan qlobal güc balansı oyununa çevirir.

Avropa bu dəfə yalnız Rusiya ilə deyil, həm də öz rahatlıq mədəniyyəti ilə mübarizə aparır. Putinin əsas üstünlüyü tankların sayında yox, iradənin davamlılığındadır. Əgər Avropa bunu anlayaraq strateji səbr nümayiş etdirə bilməsə, cəbhədəki hər bir kiçik itki gələcəkdə Qərbin bütöv geosiyasi məğlubiyyətinə çevrilə bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri