“Putin Hindistana səfər etməklə, Amerikaya güclü mövqe nümayiş etdirir” POLİTOLOQ
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Putinin Hindistan səfərinə iki kontekstdən baxa bilərik. Birinci əsas məqsəd Hindistanla enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsidir”.
Bu barədə Hurriyyet.az-a Rusiya prezidenti Vladmir Putinin Hindistan səfərini şərh edən politoloq Asif Nərimanlı deyib.
“Çünki Amerika “Rosneft” və “Lukoyl” daxil olmaqla, Rusiyanın enerji sektoruna sanksiya tətbiq edib və noyabrın 21-dən etibarən işə düşən bu sanksiyalar Rusiya üçün qarşıdakı dövrdə mənfi perspektivlər vəd edir. Bu isə Rusiyanı alternativ bazarlar istiqamətində daha sürətli, intensiv işləməyə məcbur edir. Bilirik ki, Ukrayna müharibəsi başlandıqdan, Rusiyaya sanksiya tətbiq edildikdən sonra, Hindistan Rusiyanın əsas alternativ bazarlarından biri idi. Hətta buna görə, Hindistan strateji münasibətləri olduğu Amerika tərəfindən zaman-zaman hədəfə gətirilirdi, tənqid olunurdu. Son proseslərdə Hindistanla Amerika arasında olan müəyyən soyuqluğun da səbəblərindən biri bu idi”,-deyə politoloq əlavə edib.
A.Nərimanlı hesab edir ki, Putin Hindistanla enerji sahəsindəki əməkdaşlığı yerində müzakirə etmək üçün bu ölkəyə səfər edib: “Çünki Ukrayna ətrafında baş verən proseslər göstərir ki, Amerika tərəfi yenidən Rusiyaya enerji sahəsi üzrə təzyiqləri artıra bilər. Amerika Rusiyanın enerji sektoruna sanksiya tətbiq etməklə yanaşı, enerji sektorunda Rusiya ilə əməkdaşlıq edən digər ölkərlərə də təzyiq edir. Bu ölkələrdən biri də Hindistandır. Hesab edirəm ki, Putin məhz Dehlidə bu məsələləri, Rusiya və Hindistan arasında enerji əməkdaşlığının daha da dərinləşdirilməsi məsələsini birbaşa yerində müzakirə etmək üçün səfər edib”.
A.Nərimanlının fikrincə, ikinci əsas məqsəd isə cari proseslərlə bağlıdır: “Bu da Ukrayna ətrafında baş verən danışıqlardan qaynaqlanır. Hazırda bu danışıqlarda konkret nəticələr əldə olunmayıb. Amerika tərəfinin birinci təklif etdiyi 28 bəndlik planda Rusiyanın maraqları daha çox nəzərə alınırdısa, Avropa və Ukraynanın tələbindən sonra, həmin plana korrektələr edildi. Yeni planda Rusiyanın prinsipial tələbləri qəbul edimir, açıq olaraq qalır. Birinci Ukraynanın NATO-ya qoşulması məsələsidir. İkinci isə ərazi məsələsidir, Rusiya bütövlükdə Donbası istəyir. Hazırda baş verən danışıqlar göstərir ki, bu proses uzana bilər. Rusiyanın tələbləri yaxın perspektivdə qəbul edilməyə bilər. Bununla yanaşı, bu vəziyyət Amerikanın yenidən Rusiyaya təzyiq etmək istiqamətində addımlarını aktuallaşdıra bilər. Çünki bu, Trampın siyasətində var. Məhz sülh planını reallaşdırmaq üçün ya Ukraynaya, ya da Rusiyaya təzyiqlər edir. Çünki son proseslər Rusiyanın maksimalist tələblərindən əl çəkməməsi, Moskavanın sülhə qarşı olduğu görüntüsünü yaratdı. Bu isə məhz Amerikanı yenidən Rusiyaya qarşı təzyiqləri artırmasına zəmin yaradır. Yəni belə gözləntilər var”.
“Əslində, enerji sektoruna tətbiq edilən sanksiyalar da bundan qaynaqlanırdı. Yəni bir növ Rusiya qarşıdakı dövrdə Amerika tərəfindən gələ biləcək təzyiqləri görür. Ona görə, hesab edirəm ki, Putin Hindistana səfər etməklə, həm enerji sahəsindəki əməkdaşlığı davam etdirmək, həm də bir növ Amerikaya mesaj vermək istəyir ki, əgər Amerika Rusiya ilə anlaşmasa, Rusiyanın Qərbə qarşı şərqdə özünün ittifaqını formalaşdırmaq imkanı, öz müttəfiqləri var. Daha öncə, Rusiya, Hindistan, Çin liderlərinin görüşü də bir növ Amerikaya verilən mesaj idi. Yəni Putin Hindistana səfər etməklə, Amerikaya güclü mövqe nümayiş etdirir. Burada məqsəd Rusiyanın Ukrayna məsələsində tələblərini qəbul etdirmək və Amerikanın ata biləcəyi addımların, təzyiqlərin qarşısını almaq, neytrallaşdırmaqdır”,-deyə politoloq vurğulayıb.
CAVİD
Share
Tweet
Email
Share
Share
Baxış sayı:79
Bu xəbər 05 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















