Icma.az
close
up
RU
Putin Hindistana buna görə gedib Politoloq

Putin Hindistana buna görə gedib Politoloq

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

“Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Kreml sahibi Vladimir Putin xarici səfərlərə ara vermişdi. Ancaq son zamanlar Rusiya Prezidentinin səfərlərinin sayı artıb. O Çin və Mərkəzi Asiya ölkələrinə səfər etdikdən sonra Hindistana gedib. Vladimir Putinin Hindistana iki günlük səfəri zamanı o Dehli ilə əsasən hərbi-texniki və enerji əməkdaşlığın konturlarını müəyyənləşdirməyə çalışacaq. Putinin buna nail olması asan deyil. Çünki Vaşinqton Dehliyə təzyiqi artırıb”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, məqsəd Hindistanın Rusiyadan hərbi texnika və neft alışını minimuma endirməkdir:

“Hindistanın baş naziri Narendra Modi Rusiya ilə ABŞ arasında balansı qorumaq məcburiyyətindədir. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Dehli buna baxmayaraq vasətiçilik təşəbbüsləri ilə çıxış etməyə üstünlük vermir. Çünki, Dehlidə anlayırlar ki, Putin onsuz da bu təşəbbüsləri qəbul etməyəcək. Vladimir Putin Narendra Modini Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə inandırmağa çalışacaq. Hindistan son günlərə qədər Rusiyadan ucuz neft alırdı. Ancaq ABŞ-nin Rusiyanın neft şirkətlərinə qarşı sanksiyaları sərtləşdikdən sonra Hindistanın neftayırma zavodları keçmiş illərdə olduğu kimi ərəb ölkələrinə üz tutdular. Hindistan neft alışı məsələsində ehtiyatlı mövqe tutsa da, Dehli Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlıqdan imtina etmək istəmir. Dehli ilə Moskva arasında 2018-ci ildə imzalanan sazişə görə, Rusiya Hindistanı S-400 raketləri ilə təhciz etməlidir. Bu komplekslərdən 3-ü Hindistana verilib. Rusiya bundan başqa Hindistana Su-57 döyüş təyyarələrini almağı təklif edib”. 

Politoloqun sözlərinə görə, Rusiya Hindistanla nüvə enerjisi sahəsində də əməkdaşlığı genişləndirmək istəyir: 

“Vladimir Putin səfərdən əvvəl “India Today” nəşrinə verdiyi müsahibədə “Rusiya-Hindistan əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib” fikirini işlədib. Görünür, Kreml sahibi bununla Vaşinqtona, Pekinə və İslamabada mesaj göndərib. Çünki, məhz bu 3 paytaxtda Putinin Dehlidə əldə edəcəyi razılaşmalar diqqətlə analiz ediləcək. Putin Vaşinqtonun Rusiyanın Hindistanla enerji əməkdaşlığını mane olmasına özünəməxsus şəkildə cavab verib: “ABŞ-nin özü atom elektrik stansiyaları üçün Rusiyadan nüvə yanacağı alır”. Bununla Putin demək istəyib ki, ABŞ Rusiyadan nüvə yanacağı aldığı halda başqa dövlətlərə Rusiyadan nüvə yanacağı almağı qadağan etmək istəyir. Putinin bu açıqlamasının ABŞ Prezidenti Donald Tramp üçün əhəmiyyəti yoxdur. Çünki, Ağ Ev sahibinin əsas şüarı “birinci növbədə Amerikadır”. Buna görə də, Dehli Rusiya və ABŞ-la münasibətlərdə balansı birinin xeyrinə pozmayacaq”.

Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Dekabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri