Icma.az
close
up
RU
Putin iki il sonra onunla danışdı: Zelenskini qorxuya salan müzakirə

Putin iki il sonra onunla danışdı: Zelenskini qorxuya salan müzakirə

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya kansleri Olaf Şolts 2 il sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Tərəflər Ukrayna müharibəsindəki vəziyyəti müzakirə ediblər.

Məlumata görə, Şolts Putini danışıqlara başlamaq üçün müharibəni dayandırmağa və qoşunları geri çəkməyə çağırıb, əks halda Berlinin Kiyevə lazım olanadək dəstək verəcəyini xatırladıb. Putin isə iyunda irəli sürdüyü şərtləri təkrarlayaraq sülh üçün başlıca 3 prinsip əsasında müzakirələr aparıla biləcəyini deyib.

Ekspertlər iddia edir ki, Rusiyanın təhlükəsizlik maraqları nəzərə alınacaq, yeni ərazi reallıqları əsas götürüləcək, münaqişənin səbəbinin kökləri aradan qaldırılacaq.

Putin həmçinin, Almaniya ilə enerji əməkdaşlığını davam etdirməyə hazır olduqlarını Şoltsun diqqətinə çatdırıb. Diqqətçəkən digər bir məqam isə Putinlə danışıqdan əvvəl, Şoltsun Ukrayna Prezidenti Volodimir Zelenskini məlumatlandırdığı bildirməsidir. Lakin Zelenski öz videomüraciətində Şoltsu tənqid edərək, bu telefon zənginin Putini təcriddən çıxaracağından və digərləri üçün də əmsal təşkil edəcəyindən şikayətlənib.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, O.Şoltsun V.Putinlə danışacağı 20 gündür bilinirdi:


Elxan Şahinoğlu

“Almaniya kansleri müsahibələrin birində buna eyham vurmuşdu ki, Putinlə telefon danışığı baş tuta bilər. Halbuki Rusiyanın Ukraynada işğalçı müharibəyə başlamasından sonra Qərb liderləri Putinlə əlaqələri kəsmişdi. Zelenski buna görə Qərbin Ukraynaya dəstəyinin azala biləcəyindən ehtiyat edir.

Hesab edirəm Ukraynanın narahatlığının bir digər səbəbi də Donald Trampın prezident seçilməsi ilə bağlıdır. Tramp münaqişələri bitirmək istəyir. Andiçmədən sonra onun ilk işi Rusiya-Ukrayna müharibəsinə yönələcəyi deyilir.

Qərb Ukraynaya verdiyi dəstəyin qarşılığını görə bilmir. Buna görə də alternativ vasitələr barədə düşünür. Yəni əgər Ukrayna ərazilərini geri ala bilməyəcəksə o zaman sülh danışıqları başlamalıdır”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri