Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Putin Kiyevin arzusuna “hə” dedi, Tramp hərəkətə keçdi Kritik qərar

Putin Kiyevin arzusuna “hə” dedi, Tramp hərəkətə keçdi Kritik qərar

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“The Washington Post”un ABŞ və Avropa mənbələrinə istindən yaydığı son məlumat rezonans doğurub. Nəşrin iddiasına görə, ABŞ-ın sülh planına Ukraynanın 2027-ci ildə Avropa İttifaqına (Aİ) qoşulması və təmas xətti boyunca hərbsizləşdirilmiş zonanın yaradılması daxildir.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfərlə məhdudlaşdırılması da nəzərdən keçirilir. Vaşinqton həmçinin Zaporojjya Atom Elektrik Stansiyasına (ZNPP) nəzarəti ələ almaq, Ukraynanın yenidən qurulması və iqtisadi inkişafını təmin etmək üçün investorları cəlb etmək niyyətindədir. Məlumata əsasən, hazırda əsas müzakirə mövzusu ilə sərhədlərdir.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, ABŞ Prezidenti Donald Trampın hələ noyabrın ortalarında açıqladığı 28 maddəlik sülh planının şərtləri arasında Ukraynanın Aİ-yə üzvlüyü məsələsi də vardı:

“Aydındır ki, bu məsələ Rusiya ilə razılaşdırılıb. Prinsipcə, Rusiya Ukraynanın Aİ-yə üzvlüyünə deyil, NATO-ya üzvlüyünə qarşı çıxırdı. Belə ki, NATO vaxtilə SSRİ-yə qarşı yaradılan və qlobal qütbləşmədə anti-sovet kampını formalaşdıran bir təşkilat idi. SSRİ dağıldıqdan sonra Rusiya NATO-ya üzv olmağa cəhd etməsinə baxmayaraq, təşkilata dəvət olunmadı. SSRİ, həmçinin onun beynəlxalq öhdəliklərinin mirasçısı olaraq Rusiya NATO-nun yayılmasını öz təhlükəsizliyinə təhdid olaraq qəbul etdiyini bütün hərbi-siyasi doktrinalarında bəyan edib. Beləliklə, Tramp bu geosiyasi reallığı dərk edərək Ukraynanın NATO-ya üzv olmayacağını, müharibənin yanlış siyasi hesablamalara görə baş verdiyini və bunu sonlandırmaq niyyətinin olduğunu, əks halda, Üçüncü Dünya müharibəsinə yol açacağını qeyd edir.

Aİ üzvləri, xüsusilə Avropa üçlüsü isə 28 maddəlik planı 19 maddə ilə əvəz etməyə çalışıb, Ukraynanın NATO üzvlüyünün Alyans daxili konsensusla mümkün ola biləcəyini sülh müqaviləsində əks etdirməyə çalışırlar. Lakin bu, mövcud reallıqla uyğun gəlmir. Beləliklə, Ukrayna Rusiya ilə müharibədən sonrakı bərpa dövründə, daha dəqiq 2027-ci ildən etibarən Aİ-yə üzv ola bilər. Həmçinin Aİ-nin təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya ilə təmas xətti boyunca hərbsizləşdirilmiş zonanın yaradılması məsələsi var. Bu, Kiyevə təhlükəsizlik təminatları çərçivəsində müzakirə olunur. Eyni zamanda Donbasın hazırda Ukrayna nəzarətində olan bir qisminin Rusiyaya verilməsi də tələb edilir. Ukrayna hakimiyyəti bu məsələyə olduqca həssas yanaşır, Prezident Volodimir Zelenski kəskin şəkildə qarşı çıxır”.


Şəhla Cəlilzadə

Siyasi şərhçinin sözlərinə görə, hazırda Ukrayna liderinin alternativ çıxış yolu qalmayıb:

“Tramp Zelenskiyə cəmi bir neçə gün vaxt verib ki, sülh şərtlərini qəbul etsin. Hətta yeni seçkilərin keçirilməsini də zəruri adlandırıb. Bu, o deməkdir ki, Ukraynanın faktiki olaraq iki yerə parçalanması, sərvətlərinin və torpaqlarının bölüşdürülməsi ilə nəticələnəcək “sülh”, əslində kapitulyasiya müqaviləsi olacaq. Yalnız bu nəticə Ukrayna cəmiyyəti tərəfindən “legitim” hesab edilərsə, Zelenski yeni Ukrayna quruculuğunda tərəf kimi qəbul olunacaq. Yeni Ukrayna quruculuğu ABŞ və Avropanın dəstəyi ilə baş tutacaq. Bəlkə də vaxtilə Almaniyanı iki hissəyə (Qərb və SSRİ arasında) parçalayan 1945-ci il razılaşmasından 45 il sonra ölkənin unifikasiyası baş tutduğu kimi, Ukrayna da 45-50 il sonra geosiyasi taleyin hökmü ilə birləşəcək. Lakin bu, qeyri-müəyyən gələcək zamana dair ümidlərdir, Rusiyanın hərbi-siyasi gücünü itirmədən mümkün deyil”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri