“Tramp boğazı” ABŞ Prezidenti bu dəfə nəyi dəyişmək istəyir?
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını dəyişərək "Tramp boğazı" adlandırmaq niyyətində olduğunu bir daha bəyan edib.
Milli.Az xəbər verir ki, o, ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bu barədə danışıb.
"Düşünürəm ki, biz onun adını "Tramp boğazı" qoyacağıq", - deyə ABŞ Prezidenti bildirib. O, Meksika körfəzinin adının "Amerika körfəzi", Ontario gölünün adının isə "Amerika gölü" olaraq dəyişdirilməsini xatırladaraq, bu dəfə zarafat etmədiyini vurğulayıb.
Tramp, həmçinin hazırda Hörmüz boğazından yeddi ay əvvələ nisbətən daha çox neft daşındığını deyib. O, İranla münaqişə başa çatdıqdan sonra neftin və benzinin qiymətlərinin azalacağını vəd edib.
Qeyd edək ki, Tramp daha əvvəl Meksika körfəzinin "Amerika körfəzi", Ontario gölünün isə "Amerika gölü" adlandırılması ilə bağlı sərəncamlar imzalayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:104
Bu xəbər 29 Oktyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















