Yaponiya Şimali Koreyanın ballistik raket buraxdığını ehtimal edir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 29 oktyabr, AZƏRTAC
Yaponiya və Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raketlər buraxdığını ehtimal edirlər.
AZƏRTAC xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, ehtimal olunan raket təxminən 15 dəqiqə uçduqdan sonra ölkənin müstəsna iqtisadi zonasından kənarda dənizə düşüb.
Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi isə Şimali Koreyanın Yapon dənizi istiqamətində təxminən 10 ədəd qısa mənzilli ballistik raket buraxdığını iddia edib. “Yonhap” agentliyinin məlumatına görə, Seul daha əvvəl ən azı bir naməlum raketin buraxıldığını açıqlamışdı.
Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara hadisə nəticəsində hər hansı zərərin qeydə alınmadığını bildirib. Yaponiya Sahil Mühafizəsi mülki gəmiləri Yapon dənizində aşkar edilə biləcək raket qalıqlarına yaxınlaşmamağa çağırıb.
Hadisə ilə əlaqədar Yaponiya hökuməti aidiyyəti qurumların nümayəndələrindən ibarət böhran qrupu yaradıb.
Qeyd edək ki, Yaponiya hərbçiləri Şimali Koreyanın əvvəlki ehtimal olunan ballistik raket buraxılışını oktyabrın 12-də qeydə alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 29 Oktyabr 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















