Icma.az
close
up
RU
“Putin müasir Azərbaycanı həzm edə bilmir”

“Putin müasir Azərbaycanı həzm edə bilmir”

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hafiz Hacıyev: “Deyir ki, qudurmuşam, azğınlaşmışam, məni dünya səviyyəsində susdurun”
İyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də yaydığı bəyanatda bu qəbuledilməz zorakılıq aktının araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Daha sonra Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılaraq, baş verən hadisə ilə bağlı ona kəskin etiraz bildirilib.
Məsələ ilə bağlı Versus.Az-a müsahibə verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu və digər məsələlərə toxunub.
 - Hafiz müəllim, Rusiya Yekaterinburq hadisəsi ilə Azərbaycana nə demək istədi?
- İyunun 27-də Rusiya Yekaterinburqda özünün Azərbaycana qarşı çirkin siyasətini lap biabırçı formada dünyaya sərgilədi. Demək istəyir ki, müasir Azərbaycanı həzm edə bilmirəm, qudurmuşam, azğınlaşmışam, başımı itirmişəm məni dünya səviyyəsində susdurun, vəhşiliyimin qarşısını alın. Azərbaycan xalqı pisliyi tez unudur, Rusiya da bu cür qırğınlar törətməklə deyir ki, mən həmin o 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycanı işğalda saxlamaq siyasətinin və bu kimi digər vandallıqların drijor çubuğu olaraq hələ də varam.
 - Soydaşlarımız döyüldü, öldürüldü…
- Yekaterinburqda soydaşlarımızın başına gətirilən işgəncələri ürək ağrısı ilə izlədim. Biz erməniyə vəhşi, vandal deyirik, demək ki, Ermənistanın müəllimi Rusiyadır və Ermənistanı Azərbaycanın üstünə qısqırtmağa gücü çatmayanda özü hərəkətə keçir. Biz də hər dəfəsində hər şeyi bir kənara qoyub münasibətləri normallaşdırmağa çalışırıq. Amma bizim bu yanaşmamızı Rusiya zəifliyimiz kimi qəbul edir deyəsən. Bilirik ki, Rusiya türk dövlətlərinə qarşı hər zaman sərt, düşmən mövqedə olub. Ümumiyyətlə, hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qərğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı şovinist siyasət həyata keçirilir. Bunun da başında Rusiya rəhbərliyi, birbaşa prezident Putin durur. Burda da təəccüblü heç nə yoxdur. Çünki Rusiya qardaş olan, dili, dini eyni slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət yürüdürsə, Ukraynanın şəhər və kəndlərini yer üzündən silirsə, Buçadakı kimi soyqırımı həyata keçirirsə, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla vurursa, onda digər xalqlara qarşı daha qəddar və vəhşicəsinə davranışı qaçılmazdır. Özü də bütün bu proseslərdə Putin rus Pravoslav kilsəsindən ilham alır.
- Rusiyanın Azərbaycana qarşı belə bir münasibəti davam etdirməsinin arxasında nə dürur, niyə dayanmır?
- Günah özümüzdədir. Uzağa getməyək, AZAL-a məxsus sərnişin təyyarəmizi qəzaya uğradan Rusiyanın qarşısında tələblərimizi qoyduq, amma o yayındı və biz səbrlə hələ də gözləyirik ki, şərtlərimizi qəbul edib rəsmi qaydada üzr istəyəcək, təzminat ödəyəcək və sair. Biz hələ bunla bağlı bizi qane edəcək bir nəticə əldə etməmiş, indi də Rusiya özünün Federal Təhlükəsizlik Xidmətini soydaşlarımızın üstünə salıb. Belə vəhşilik olar? O insanları sorğu-sualsız öldürmək, yaralamaq, işgəncə vermək hansı siyasətdir elə ki, biz bilmirik. Bizi də öyrətsinlər, biz də Azərbaycandakı rusları incidək. Belə yaxşı olacaq? Onda hansı əməkdaşlıqdan, dost münasibətlərdən danışmaq olar? Vəhşi kimi soydaşlarımızın yaşadığı evlərə basqın etməklə kifayətlənməyib hələ döyüb öldürürlər də. Bu nə vaxta qədər davam edəcək, doğrusu mən də bilmirəm. Amma bildiyim odur ki, ilanın başını bu və ya başqa formada əzməliyik. Rusiya elə günə qalıb ki, heç Ukrayna ilə müharibəsini bitirə bilmir. Çünki gözləri ilə başqa dövlətlərdəki prosesləri izləməkdədir. Görüm Ermənistan bu dəfə kimin qucağına sığınır, görüm Azərbaycan necə güclənir və sair.
 - Partiya olaraq Yekaterinburqda soydaşlarımıza işgəncə verilməsi məsələsinə necə yanaşırsız?
- Əvvəlcə onu deyim ki, mənimçün maraqlıdır, Azərbaycandakı rus başlar o başlarını hansı kola soxublar ki, Yekaterinburqda baş verənləri görmürlər. Niyə susurlar? Niyə etirazlarını bildirmirlər? Amma Azərbaycanda yaşayan bircə dənə rusun burnu qanasa, vayşüvənlik edib özlərini ağalarına göstərəcəklər ki, bax, görürsən, sənin haqqını qoruyuruq. Görünən odur ki, yenə əsas iş bizim üzərimizə düşür. Bizim partiyada Yekaterinburqda soydaşlarımıza qarşı törədilən cinayətlə bağlı müzakirələr aparılır. Bu hadisəyə göz yummaq olmaz, təkcə Müasir Müsavat Partiyası deyil, bütün siyasi təşkilatlar, QHT və ictimai birliklərimiz ciddi şəkildə bəyanatlarla çıxış edib cinayətkarlara cəza istəməlidir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 İyun 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri